Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ŞOK ƏLİ İNSANOVA GÖRƏ QULAQLARI KƏSİLDİ

ŞOK ƏLİ İNSANOVA GÖRƏ QULAQLARI KƏSİLDİ


29-04-2013, 15:04
ŞOK ƏLİ İNSANOVA GÖRƏ QULAQLARI KƏSİLDİ
KEÇMİŞ NAZİRİ ZƏHƏRLƏMƏK İSTƏDİLƏR

DİA.AZ: - Keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı redaksiyamıza şok məlumat ötürülüb. Ədliyyə sistemindəki qaynaqlardan DİA.AZ-a daxil olan informasiyada bildirilir ki, keçmiş nazirə qarşı saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində sui-qəsd cəhdi həyata keçirilsə də, bunun qarşısı alınıb.

Bu şok iddianın müəllifi olan qaynaq bildirir: «Əli İnsanovun həyatına qəsddə kimlərin maraqlı olduğu konkret məlum olmasa da, onun zəhərlənməsinə çalışılıb».

Mənbəmiz bildirir ki, keçmiş nazirə saxlanıldığı cəzaçəkmə müəssisəsində həmin kolonun «polojenii»yə baxan dustaq başçısı tərəfindən qulluq göstərilməsi üçün bir dustaq ayrılıb: «Neçə müddətdir ki, həmin dustaq Əli İnsanovun yeməyini bişirir, onun paltarlarını təmizləyir, bir sözlə, keçmiş nazirə qulluq edir. Amma kimlərsə tərəfindən ələ alınan həmin dustaq Əli İnsanovu zəhərləməyə cəhd göstərib».

Məlumata görə, bundan xəbər tutan kolonun vəziyyətə baxan dustaq başısı naxələf çıxmış dustağı cəzalandırıb: «Əli İnsanovu zəhərləməyə cəhd göstərməsi tam sfbüta yetirildiyindən həmin dustağın iki qulağı kəsilib. Və bunun əvəzində sabiq səhiyyə nazirinə köməkçilik üçün yeni bir dustaq verilib».

Məsələ ilə əlaqədar bütün əlaqədar şəxslərin mövqelərinə yer ayırmağa hazırıq.

Geri qayıt