Əsas Səhifə > Ölkə, Manşet > 18 MƏCBURİ KÖÇKÜN AİLƏSİNİN HAQQINI KİMLƏR YEYİR

18 MƏCBURİ KÖÇKÜN AİLƏSİNİN HAQQINI KİMLƏR YEYİR


29-04-2013, 12:35
18 MƏCBURİ KÖÇKÜN AİLƏSİNİN HAQQINI KİMLƏR YEYİR
PROBLEMLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT OLUNDU

DİA.AZ: - Prezident İlham Əliyevə, həmçinin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət edən məcburi köçkün, Bakı ş. Yasamal r-n Z.Xəlilov küç. 523-cü məhəllə, ev 12, m.25-də məskunlaşmış Hacızadə Hüseyn Hacı oğlu üzləşdiyi haqsızlıqla bağlı müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin müəllifi ona məxsus olan və min-bir əziyyətlə rəsəyə gətirdiyi obyektin haqsız olaraq ələ keçirildiyini bildirir.

Müraciətdə deyilir: “Biz Qarabağdan məcburi köçkün olan 104 nəfər ailə üzvünü əhatə edən 18 məcburi köçkün ailəsi 07.12.1994-cü il tarixli 199-x nömrəli "Azərneftyağ" İB-nin Baş Direktoru S.H.Zülfüqarovun imzaladığı müqavilə ilə rəsmi qayda da "Azərneftyağ" İB-nin Bakı ş. Nobel pr. 23-də yerləşən 1364 kv.m. sahəsindəki tam yararsız, zibilliyi xatırladan, tamamilə uçub dağılmış (foto: l-3,əlavə olunur) 80 kv.m. tikintini icarəyə götürdük. Xeyli vəsait sərf edərək çox çətinliklərlə öz gücümüzlə sahədə təmizlik İşləri apardıqdan sonra yenidən həmin sahədə abadlıq və tikinti işləri aparmağımız üçün İB-nin Baş Direktorunun rəsmi icazəsini aldıq. Erməni işğalından sonra əlimizdə qalan son əmlakımızı bir yerə topalayıb, özümüzdə gecə-gündüz işləməklə 12 ədəd boks və yardımçı binalar (yeməkxana, yuma otağı, kabinet və s.) 780 kv.m. tikinti yaratmaqla (foto: 4-7, əlavə olunur) qanuni müqavilə ilə avtomobillərə texniki xidmət göstərməyə başladıq.

Ədliyyə Nazirliyİndən "xüsusi mülkiyyətçi" "kimi qeydiyyatdan keçdik və rəsmi sənəd aldıq.

Hər il yenilənən müqavilələrlə öhdəmizə düşən bütün öhdəlikləri, o cümlədən icarə haqqmı vaxtlı-vaxtında yerinə yetirdik. Heç bir əlavə iş yerimiz, evimiz-eşiyimiz, torpağımız olmadığı bir çətİn vaxtımızda pis-yaxşı artıq 120-dən çox məcburi köçkün ailə üzvləri yalnız buradan dolanırdı.

Lakin, zavoda yeni direktor gələn mərhum Ramiz Mirzəyevə tamah güc gəldi. O, bizə sifarişlər göndərməyə başladı ki : "Oranı xoşluqla satın bizə gedin". Cüzi bir qiymət təklif etdilər. Biz razı olmadıqda müxtəlif təzyiqlər başladı.

Bizim xəbərimiz olmadan, bizim mülkiyyətimizi yalnız öz tabeçiliyindəki işçilərin imzası ilə saxta, qondarma aktla Bakı şəhərinin mərkəzində yerləşən, güclü fəaliyyət göstərən o boyda avtoprofılaktoriyanı, birtərəfli qaydada öz "insafına" uyğun cəmi 42 milyon keçmiş Azərb. manatı (təqribən cəmi 8 min ABŞ dol.) qiymətləndirdi. Hansı ki, qanunçuluqla onların belə bir qiymətləndirmə aparmaq səlahiyyətləri yoxdur, bunun üçün ayrıca qiymətləndirmə qrumları vardır. Dünya malından gözü doymayan bu adam hətta 120 nəfərdən çox məcburi köçkün balalarının yeganə dolanışıq mənbəyini əllərindən aldı Öz "nüfuzundan" istifadə edib məhkəmə yolu ilə müqaviləni ləğv etdirdi. Bununla da kifayətlənməyərək bütün növ saxtakarlıqlara əl atmaqla, bizim adımızdan saxta imza qoyduraraq saxta məktublar tərtib etdirərək (Qoşma-8) və hətta zor tədbiq edərək, giriş qapısında öz xüsusi geyimli onlarla işçilərini qoyub ustaları, xidmətə gələnləri, hətta sahibkarı içəri qoymurdu (həmin mənzərənin foto-8 şəkli əlavə olunur) özləri qondarma ,birtərəfli qaydada qoyduğu qiyməti həmin cüzi məbləği bizə çatdırmaq istəsə də biz etiraz etdikdə onu bank vasitəsilə bizim kiçik müəssisənin hesabına köçürtdürməyə nail oldu. Beləliklə, əslində O, sahibkarlıq fəaliyyətində qətiyyən yolverilməz bir qanunsuzluq törədib, yəni "İri bir təşkilat kiçik müəssisəni assimilyasiya etmişdir".

Bundan sonra məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27.05.2007-ci il tarixli 3298 nömrəli rəyi ilə kiçik müəssisəmiz 111 min YAM (təqribən 150 min ABŞ dol.) dəyərində qiymətləndirildi.Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə 18.01.2008-ci il tarixdə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfındən, həm də bu dəfə hər iki tərəfın nümayəndələrinin iştirakı ilə kompleks təkrari qiymətləndirmə aparılmış və 11172 nömrəli rəylə sonuncu dəfə 121 min YAM qiymət qoyulmuşdur.

Göründüyü kimi bu günə qədər bizə çatacaq vəsaitdən yalnız 8100 ABŞ dol. ödənilmişdir. Vəziyyəti belə gördükdə vəd verdilər ki, heç bir şikayət, məhkəmə fılan lazım deyil qalanını da yavaş-yavaş ödəyəcəyik. Bizi sakitləşdirmək üçün bir neçəmizi zavoda işə də götürdülər. Hər hansı bir yalandan çəkinmirlər. Yalandan adımızdan hər yerə yazırlar ki, guya biz tam razı salınmışıq, o cüzi məbləğlə də razıyıq, hətta "Ədalət" qəzetinə bu barədə təşəkkür də yazmışıq. "Ədalət"qəzeti 02.11.2011-ci il tarixli nömrəsində belə bir halın olmadığını aydın dərc edib. Biz də inandıq, şikayət etmə müddətlərinin çoxu gecikdi. İstədikləri vəziyyət yaranandan sonra nə pulumuzu verirlər, nədə kompensasiya, hətta özümüzün xəbəri olmadan adımızdan saxta ərizə yazıb həmin o xırda işdən də çıxartdılar (Qoşma-12, saxta ərizə əlavə olunur).

Məcburi köçkünlərin min bir zülümlə yaratdığı gündəlik dolanışığına göz tikən Allahdan qorxmayan bu milyonerlər vədlərinə naxələf çıxdılar.

Aqibəti isə hamıya məlumdur!!!

Onlar bizim etibarımızdan sui-istifadə edərək, bizi aldadaraq erməni işğalından sonra yenidən bizi işğal etdilər.

Siz həmişə biz qaçqınların dadma çatmısınız düşdüyümüz bu acınacaqlı vəziyyətdən bizi qurtarmağınızı Xahiş Edirik.

Xahiş edirik bu məsələyə qarışasınız. Yaşım 65-i haqlayb, mənim nə işim var, nə evim var, nədəki torpağım artıq vəziyyət dözülməzdir.

Bizim qalan vəsaitimizin ödənilməsinə, yaxud kompensasiya verilməsinə və yaxud bizə bir torpaq sahəsi ayrılmasına köməklik göstərməyinizi bir daha Xahiş edirik”.

Geri qayıt