Əsas Səhifə > Sosial, Manşet > ŞOK: ERMƏNİ MEMARA PUL QAZANDIRAN KİMDİR?

ŞOK: ERMƏNİ MEMARA PUL QAZANDIRAN KİMDİR?


29-04-2013, 11:27
ŞOK: ERMƏNİ MEMARA PUL QAZANDIRAN KİMDİR?
ZƏKƏRİYYƏ MİLDANOĞLU BU GÜN TÜRKLƏRİ CİNAYƏTDƏ İTTİHAM EDİR

DİA.AZ: - Qardaş Türkiyənin həddindən artıq xoşgörülüyü ermənilərin daha da ayaq tutub yeriməsinə nədən olmaqdadır. Hər halda, bu gün Türkiyədə yaşanılanları seyr edəndə baş verənləri ürəkağrısı ilə qarşılamaya bilmirsən. Və hər bir Azərbaycan türkü bu gün Türkiyədə yaşanılanların əslində hansı mahiyyət daşımasının tam fərqindədir.

Çünki bizlər ermənilər daha yaxşı tanıyırıq və Türkiyənin hazırki yaşananları da təsdiqləyir ki, qardaş ölkə erməni kimliyinin mahiyyətinə vara bilmir. Ona görə də bir dılğır erməni jurnalist Hrant Dink Türkiyədə az qala milli qəhrəmana çevrilib və kosmopolit-bambılı təfəkkürünün daşıyıcısı olanlar da Hrant Dinkin anım mərasimində yerə diz atıb, gözlərinin suyunu axıdırlar. Amma məhz onların firavanlığı naminə canlarını fəda etmiş qəhrəman türk şəhidlərinə isə ən xırda diqqəti belə göstərmirlər.
ŞOK: ERMƏNİ MEMARA PUL QAZANDIRAN KİMDİR?

DİA.AZ bildirir ki, ən acınacaqlısı da bu gün Türkiyə mətbuatında ermənipərəstliyin geniş vüsət almasıdır. İş o yerə çatıb ki, bu gün Türkiyə telekanallarında tolerantlıbın təhlükəli təntənəsi yaşanmaqdadır. Ayrı-ayrı ermənilər və hətta erməni adı ilə PKK-lı kürdlər belə efirə çıxaraq 1915-ci ildə ermənilərin guya ki, Osmanlı İmperiyası tərəfindən soyqırıma məruz qaldığını iddia edirlər.

Onların arasında hər bir təbəqənin nümayəndəsi var ki, DİA.AZ olaraq bizim də diqqətimizi çəkəni Türkiyənin erməni kökənli memarlarından olan Zəkəriyyə Mildanoğlu oldu. Türkiyə kanallarının birində ermənilərin gua ki, qırğınlara məruz qalmasından danışan Mildanoğlu 1950-ci ildə Türkiyədə guya ki, ermənilərə qarşı hücumların edildiyini və kilsələrin dağıdıldığını da iddia etdi. Hətta bildirdi ki, erməni kilsələri kinoteatrlara dönüşdürülüb, orada pornofilmlər yayımlanıb.

Belə bir həyasızlığı ilə seçilən Zəkəriyyə Mildanoğlunun adı isəi Azərbaycan üçün də tanış olmalıdır. Bu barədə DİA.AZ-a məlumatı ötürən informasiyalı qaynaq iddia edir ki, bu gün Azərbaycanın tanınmış məmurlarının, iş adamlarının əksəriyyəti bu şəxsi yaxşı tanıyır:

«Çünki onların çoxunun bağ evlərinin proyektini məhz bu erməni işləyib. Yəni bu gün erməni millətçiliyi edən bu şəxsə Azərbaycan məmurları öz evlərinin quruluşlarını etibar ediblər və bunun əvəzində Azərbaycan pulları bu erməni millətçisinin büdcəsinə axıb. Həmin pulların nələrə sərf olunacağını söyləmək isə çətin deyil».

DİA.AZ olaraq məmurlarımızdan birinə məxsus olduğu söylənilən bağ evinin projesinin fotosunu diqqətinizə təqdim edirik…

Geri qayıt