Əsas Səhifə > Ölkə, Manşet > FHN ŞEFİNİN XƏZİNƏSİ BARƏDƏ RƏSMİ MÖVQE
FHN ŞEFİNİN XƏZİNƏSİ BARƏDƏ RƏSMİ MÖVQE7-12-2011, 15:01 |
QƏBƏLƏDƏN TAPILAN QIZILLAR FHN-NİN HELİKOPTERİ İLƏ DAŞINIB DİA.AZ: - Məlum olduğu kimi, AMEA-nin Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Qəbələ hava limanının ərazisində arxeoloji qazıntı işləri aparıblar. Nəticədə alimlər bir sıra sensasion kəşflər ediblər. Arxeoloq Nəsib Muxtarov bildirib ki, ərazidən müstəsna elmi əhəmiyyətə malik abidə aşkar edilib. Bu abidə e.ə 4-cü minilliyin ikinci yarısına aid Leylatəpə mədəniyyətinin təsdiqi olan abidədir. Abidə Leylatəpə - Uruk mədəniyyətinin səciyyəvi cəhətləri və yayılma arealının öyrənilməsi üçün yeni istiqamətlər açıb. Abidə həm bir yaşayış yeri, həm də nekropollar kimi 6-7 min illik bir dövrün tərəqqi və tənəzzülü mərhələlərini izləməyə imkan verir. Bu, Azərbaycanın şimal-qərb hissəsində unikal abidədir. Qeyd edək ki, Qəbələ rayonu müasir azərbaycanlıların qədim mədəniyyət zonalarından biridir. Qafqaz Albaniyasının paytaxtı Çuxur Qəbələ 2 min ildən çox tarixə malikdir. Qəbələ qədimdən Albaniyanın ticarət-sənət mərkəzi olub. Burada çarın iqamətgahı yerləşib. E.ə. IV əsrdə xristianlığın qəbulundan sonra ölkənin əsas dini mərkəzi olub. Onu da bildirək ki, həmin ərazidə eyni zamanda məşhur türk sərkərdəsi Əmir Teymura məxsus olduğu iddia edilən xəzinənin də tapılması xəbəri yayılıb. Və həmin sərvətin FHN şefi tərəfindən götürüldüyü bildirilir. Bu günlərdə isə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Vəzirov Qəbələdə antik dövrə aid yeni tapılan yaşayış yerinə baş çəkiblər. Rəsmi məlumata görə, qonaqlar Qəbələdə tikilən aeroport ərazisinə baxış keçirərkən burada aparılan arxeoloji qazıntılarla tanış olublar: “Rəsmilərə tapılan abidənin yaşı və arxeoloji əhəmiyyəti haqqında məlumat verilib. Fikir mübadiləsi nəticəsində belə qərara gəlindi ki, bu abidəni gələcəkdə açıq səma altında muzey kimi saxlayaq. Çünki bu abidə çox qədimdir, e.ə VI əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Bu isə antik dövrün bütün mərhələlərini əhatə etmək deməkdir. Bu ərazidə 800 il intensiv yaşayış olub. Sonra isə əhali bu ərazidən cənuba köçüb. İndi həmin ərazidə də orta əsrlər abidəsi yerləşir”. Onu da bildirəkm ki, ərazidən 40-dan artıq, hər birində 4-5 kiloqram olan qızıl-zinət əşyalarının tapıldığı söylənilir. Bu barədə DİA.AZ-a açıqlama verən ərazidə inşaat işi aparan şirkətin əməkdaşlarından birinin verdiyi xəbərə görə, tapılan qızıllar FHN-yə aid helikopterlə daşınıb. Geri qayıt |