Əsas Səhifə > Hadisə > SPİTAK ZƏLZƏLƏSİNDƏN 23 İL KEÇDİ

SPİTAK ZƏLZƏLƏSİNDƏN 23 İL KEÇDİ


7-12-2011, 13:25
SPİTAK ZƏLZƏLƏSİNDƏN 23 İL KEÇDİ

BU TARİX AZƏRBAYCAN ÜÇÜN DƏ ÇOX MÜHÜMDÜR

DİA.AZ: - Bu gün Ermənistanın Spitak, keçmiş Leninakan rayonunda baş vermiş zəlzələnin 23-cü ildönümüdür. Xatırladaq ki, düz 23 il əvvəl Spitakda 7,2 bal gücündə zəlzələ olmuşdu. Hətta bəzi yerlərdə 10 bala da çatıb. Nəticədə 25-30 min erməni cəhənnəmə vasil oldu.

DİA.AZ bildirir ki, həmin zaman SSRİ-yə 111 ölkədən Spitakdakı zərərin aradan qaldırılması üçün yardım edildi.

Təbii ki, bu hadisəni səbəbsiz yerə xatırlamadıq. Həmin gün Azərbaycandan da Ermənistana yardım üçün bir təyyarə göndərilsə də, erməni hava məkanında təyyarəmiz namərdcəsinə vuruldu və təyyarədə olanlardan yalnız bir nəfər sağ qala bildi.

Bu tarix bizim üçün həm də ona görə mühümdür ki, məhz zəlzələnin fəsadlarının aradan qaldırılması adı altında SSRİ Ermənistanın qapılarını dünyanın üzünə açdı və nəticədə dünyadakı erməni lobbiləri İrəvana müxtəlif növ silahları da rahatlıqla ötürə bildilər. Bundan əlavə, həmin ərəfədə Ermənistana işçi adı altında yüzlərlə terrorçunun da daxil olduğu məlum oldu ki, həmin terrorçular da Qarabağda Azərbaycan ordusuna qarşı döyüşdülər.


Geri qayıt