Əsas Səhifə > Ölkə > PREZİDENT ADMİNİSTRASİYASINDAN BMT-YƏ İRAD

PREZİDENT ADMİNİSTRASİYASINDAN BMT-YƏ İRAD


7-12-2011, 13:08
PREZİDENT ADMİNİSTRASİYASINDAN BMT-YƏ İRAD

“NECƏ OLUR Kİ, DİGƏR QƏTNAMƏLƏR”...

“Azərbaycan öz ərazisində yaşayan bütün digər millətlərin nümayəndələrinin hüquqlarına təminat verməyə qadir dövlətdir”.

APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və BMT İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“Azərbaycan tərəfinin istəyi odur ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyinə öz sözünü desin. Necə olur ki, BMT-nin bəzi qətnamələri bir neçə saat ərzində icra olunur, Dağlıq Qarabağla bağlı qətnamələr isə icra olunmamış qalır? Bu məsələ ilə bağlı BMT öz sözünü deməlidir. Ermənistana təzyiqlər artırılmalıdır”.

Elnur Aslanov Azərbaycanın sülh sazişi üzərində işləməyə hazır olduğunu vurğulayıb: “Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan xalqı sülh şəraitində yaşamaq istəyir. Dağlıq Qarabağda yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır”.


Geri qayıt