Əsas Səhifə > Ölkə, Manşet > DYP-DƏ RÜŞVƏTİ KİMLƏR VƏ NECƏ RƏSMİLƏŞDİRİB?
DYP-DƏ RÜŞVƏTİ KİMLƏR VƏ NECƏ RƏSMİLƏŞDİRİB?26-04-2013, 12:01 |
BAHALI CƏRİMƏLƏR MİNİMUM ƏMƏKHAQQININ ÜZƏRİNDƏ DİA.AZ: - Yol hərəkəti qaydalarının pozulmasına görə, nəzərdə tutulan cərimələr son zamanlar artırıldı ki, bu da haqlı olaraq vətəndaş narazılığına səbəb olur. DİA.AZ-a bununla bağlı çoxlu sayda müraciətlər də daxil olduğundan qeyd olunan istiqamətdə müəyyən araşdırmalar apardıq və ortaya ilginc nəticələr çıxdı. İlk növbədə cərimələrin astronomik həddə çatdırılması məsələsinə toxunaq. Hər halda, əksər ölkələrdə bu kimi cərimələr minimum əməkhaqqı həddindən o qədər də yüksək olmur. Son zamanlar yol qəzalarının, yol qəzalarında ölüm hallarının artması faktı belə əsas yaratmır ki, cərimələrin miqdarı artırılsın. Yəni bu gun 50 manat maaş alan orta məktəb müəllimi üçün 500 manatlıq cəriməni ödəməsi imkansız hesab olunur. Və hansısa avtoxuliqana görə, həmin müəllim borclu deyil ki, 10 ay ərzində aldığı maaşı DYP-nin hesabına yatırsın. DİA.AZ bildirir ki, burada ən doğru addım DYP-nin özünün fəaliyyətinin araşdırılması, kimlərə sürücülük vəsiqəsini hansı şəraitdə verməsinin təftişi, yollarda olan işarələrin qaydaya salınması, yol nişanlarının olmadığı yerlərə müvafiq nişanların qoyulması və digər buk imi tədbirlərin həyata keçirilməsi idi. Amma belə bir addım atılmadı, bunun əvəzində yol qəzalarında artan ölümlərin bahalı cərimələr hesabına durdurulması siyasəti yürüdüldü. Əslində apardığımız araşdırmalar da təsdiqləyir ki, burada daha çox DYP-dəki ənənəvi rüşvət marağı nəzərə alınıb. Bu barədə əməkdaşımızla söhbət edən DYP işçilərindən biri də etiraf edib ki, hər bir DYP əməkdaşı kəsdiyi cərimənin 25 faizini mükafat olaraq alı rvə bu məbləğ rəsmi qaydada onun maaş kartına köçürülür. Bunun isə faktiki olaraq rüşvətin rəsmiləşdirilməsi demək olduğu şübhəsizdir. Çünki DYP əməkdaşı da etiraf edir ki, bu gün o, qorxa-qorxa rüşvət almaqdansa, nümayişkaranə formada bahalı cərimələr yazmağa daha çox meyillidir. Bu halda onun ehtiyatla aldığı rüşvət rəsmən maaş kartına yerləşdirilir. Və bu fakt da təsdiqləyir ki, əslində yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin bahalaşdırılması daha çox DYP-dəki korrupsiyanın antikorrupsiya dövründə rəsmiyyət qazanmasına xidmət edir. Məsələ ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə, onların mövqelərini işıqlandırmağa hazırıq. Geri qayıt |