Əsas Səhifə > Cəmiyyət > GUAM SƏDRLİYİ 2012-Cİ İLDƏ AZƏRBAYCANA KEÇƏCƏK
GUAM SƏDRLİYİ 2012-Cİ İLDƏ AZƏRBAYCANA KEÇƏCƏK7-12-2011, 12:33 |
BU QƏRAR VİLNÜSDƏ VERİLİB Vilnüsdə ATƏT XİNŞ çərçivəsində GUAM ölkələri XİN rəhbərlərinin iclası keçirilib. İclasda gələn il təşkilata sədrliyin Moldovadan Azərbaycana verilməsi barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, iclasda həmçinin Moldovanın 2011-ci ildə təşkilata sədrliyi qismində fəaliyyətinə qiymət verilib və qurumun 2012-ci il üzrə büdcəsi təsdiqlənib. GUAM ölkələri XİN rəhbərləri digər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı məsələlərini də müzakirə ediblər. GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub. Geri qayıt |