Əsas Səhifə > Şou-biznes > FLORA İLƏ KÜSÜLÜ OLAN MÜĞƏNNİDƏN JEST

FLORA İLƏ KÜSÜLÜ OLAN MÜĞƏNNİDƏN JEST


26-04-2013, 08:56
FLORA İLƏ KÜSÜLÜ OLAN MÜĞƏNNİDƏN JEST
HANSI MÜĞƏNNİ FLORANI DİNLƏMƏYƏ GƏLDİ

Ötən gün xalq artisti Flora Kərimova və müğənni Fuad Dadaşovun konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, "Panoramic" restoranda keçirilən maraqlı gecədə sənətçilər sevilən mahnılarını ifa ediblər.

Konsert zamanı xalq artistinə üzərində qızıl güllərlə Flora yazılmış çələng bağışlayıblar.
Konsert proqramını izləyənlər arasında müğənnilər Nadir Qafarzadə və Faytonçu Nazim də olub.

Xatırladaq ki, Flora Kərimova ilə Nadir Qafarzadə arasında soyuq yellər əsirdi. Nadir bir müddət öncə xalq artistinə barışıq əli uzatsa da, qarşı tərəf bunu geri çevirmişdi. Görünür, artıq bu küsülülük də beləcə sona yetdi.


FLORA İLƏ KÜSÜLÜ OLAN MÜĞƏNNİDƏN JEST

Geri qayıt