Əsas Səhifə > Dünya > RUSİYADA VƏZİYYƏT RUSCADIR

RUSİYADA VƏZİYYƏT RUSCADIR


7-12-2011, 11:56
RUSİYADA VƏZİYYƏT RUSCADIR

PAYTAXTA QOŞUN YERİDİLİB

Rusiyada Dövlət Dumasına seçkinin nəticələrinə etirazlar var. “Media forum” saytı xəbər verir ki, dekabrın 6-da paytaxt Moskvanın Zəfər meydanında aksiya keçirilib. Polis müxalif fəalların təşkil etdiyi aksiyanı dağıdıb. 570-dək şəxs saxlanıb.

Dövlət Dumasına dekabrın 4-də keçirilən seçki hakim Vahid Rusiya Partiyasının qələbəsi ilə başa çatıb. Bu qurum 450 nəfərlik Dövlət Dumasında 238 deputatla təmsil olunacaq. Kommunist Partiyası 92, Ədalətli Rusiya Partiyası 64, Liberal Demokrat Partiyası 56 deputat yeri qazanıb.

Bir hissəsi seçkidən kənar qalan, digər bölümü isə 7 faizlik baryeri keçə bilməyən sağ partiyalar nəticələrin ləğvini tələb edir.

DİA.AZ-ın xarici mətbuatdan əldə etdiyi informasiyada isə bildirilir ki, artıq Putinin göstərişi ilə hökumət Rusiya paytaxtına daxili qoşun birləşmələrini yeridib.


Geri qayıt