Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ İCRA BAŞÇISINA QARŞI QİYAM HAZIRLANIR

KEÇMİŞ İCRA BAŞÇISINA QARŞI QİYAM HAZIRLANIR


25-04-2013, 12:25
KEÇMİŞ İCRA BAŞÇISINA QARŞI QİYAM HAZIRLANIR
BORÇALIDAN OLAN GƏNCLƏR TƏLƏB EDİR

DİA.AZ: - «Borcalı» Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə qarşı qiyam hazırlanır. Bu barədə DİA.AZ-ın elektron poçtuna göndərilən məktubdan anlaşılır.

Redaksiyamıza verilən xəbərə görə, əslən Borçalıdan olan bir qrupp gənc «Borçalı» Cəmiyyətinin təsisçisi Eyvaz Borçalı ilə görüşmək niyyətindədirlər. Onlar bu yolla Zəlimxan Məmmədlinin istefasını tələb edib, cəmiyyətə yeni sədrin seçilməsini tələb edəcəklərini bildirirlər.

Məlumatda deyilir ki, gənclər növbəti konfransın çağrılmasını da tələb edirlər: «Artıq bunun üçün təşəbbüs qrupu da hazırdır. Və qrupa Nizami Məmmədli rəhbərlik edir».

Qeyd edək ki, Zəlimxan Məmmədli AXC iqtidarı zamanı Xətai rayonunun icra başçısı postunu tutub.

Geri qayıt