Əsas Səhifə > Ölkə, Manşet > İSRAİLDƏKİ DANIŞIQLARIN ŞOK TƏFƏRRÜATLARI

İSRAİLDƏKİ DANIŞIQLARIN ŞOK TƏFƏRRÜATLARI


25-04-2013, 11:55
İSRAİLDƏKİ DANIŞIQLARIN ŞOK TƏFƏRRÜATLARI
RUSİYA KİV-İNDƏ İLGİNC FAKTLAR AÇIQLANDI

DİA.AZ: - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun İsrailə səfəri ölkəmizdə olduğu kimi, dünya mətbuatında da geniş şəkildə təhlil edilməkdədir. Bildirək ki, burada xüsusi olaraq maraqlı olanı İranın və Rusiyanın Məmmədyarovun İsrail səfərinə verdiyi reaksiyalardır.

DİA.AZ İran və Rusiya KİV-lərinə istinadən bildirir ki, həm Kreml və həm də rəsmi Tehran bu səfərdən aşkar surətdə narahat olduqlarını ifadə etməkdədir. Ruslar Məmmədyarovun İsraildə Rusiyanın regiondakı maraqlarının ziddinə anlaşmalara gəldiyini, farslar isə ümumiyyətlə, qonşuluqlarında yerləşən bir dövlətin İsraillə bu qədər məhrəm olmasını heç cürə həzm edə bilmirlər.

Elə buna görədir ki, Rusia mətbuatında Azərbaycanın XİN başçısının İsrail səfərinə xüsusi yer ayrılıb. Belə bir məqalələrin birindi vurğulanır ki, İsraillə böyük hərbi-strateji əməkdaşlığı olan Azərbaycan İranın da könlünü alması ilə ikili siyasətini davam etdirir. Burada söhbət Azərbaycanın İsraildə səfirliyini açmamasından gedir. Halbuki 1993-cü ildən İsrailin Bakıda səfirliyi fəaliyyət göstərir.

Rus mətbuatında bu barədə yer alan məqalədə bildirilir ki, əgər rəsmi Bakı İsraillə diplomatiik əlaqələrdə maraqlı deyildisə, o zaman Bakıda yəhudi elçiliyi də olmamalı idi. Və ruslara görə, bu yolla Azərbaycan rəsmi Tehranın basqılarından sığortalanmağı düşünür.

Bu arada diplomatik qaynaqlardan Məmmədyarovun İsrail səfərilə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. DİA.AZ olaraq həmin xəbəri olduğu kimi təqdim edirik: «Azərbaycanlı nazir İsraildə İran əleyhinə başlanacaq savaşda ölkəsinin tərəfə çevrilməsi üçün razılıq verib. Məmmədyarovu yəhudilər inandıra bilib ki, əgər İrana qarşı hərbi əməliyyatlar baş verəcəksə, o zaman bu İranın çöküşü olacaq və istənilən halda, hətta Azərbaycanın özünü neytral elan etməsi şəraitində belə İsrailin enerji təminatının 40 faizini həyata keçirən Azərbaycanın Tehrandan qaynaqlanan hücumların hədəfi olmayacağına kimsə təminat verə bilməz.

Yəni istənilən halda Azərbaycan ərazisi hərb meydanına çevrilə bilər. Bunu elə İran rəsmiləri də dəfələrlə bəyan ediblər. Elə buna görə də, İranla müharibə ərəfəsində Azərbaycan bu ölkəyə hücumun ən fəal hissəsi rolunu oynaya bilər. Amma burada bir şərt də var ki, rəsmi Bakı İrandakı azərbaycanlıların müharibədə daha az zərər görməsinə və eyni zamanda regiondakı müharibə səbəbiylə Qarabağın erməni işğalından azad edilməsinə fürsətin tanınması üçün dəstək verməsinə təminat istəyib».

Hər halda, belə bir məsələnin müzakirə predmeti olmasının özü belə ilginc olduğundan bu xəbəri də oxucularımızla paylaşmaq qərarına gəldik.

Geri qayıt