Əsas Səhifə > Dünya > ABŞ QOŞUNLARI SURİYAYA GİRİR?

ABŞ QOŞUNLARI SURİYAYA GİRİR?


25-04-2013, 09:41
ABŞ QOŞUNLARI SURİYAYA GİRİR?
MÜXALİFƏTDƏN OBAMAYA ÇAĞIRIŞ EDİLDİ

Suriya silahlı müxalifəti ABŞ prezidenti Barak Obamanı öz vədini yerinə yetirməyə və Suriyaya hərbi müdaxilə etməyə çağırıb. Onlar xatırladıblar ki, bir neçə həftə öncə Barak Obama Suriyada kimyavi silahdan istifadə ediləcəyi təqdirdə bu ölkəyə hərbi müdaxilə edəcəklərini vəd edib, - “Vesti”.

Suriya silahlı müxalifəti öz çağırışları üçün sionist İsrail rejiminin briqada generalı İtaya Brunun iddialarını əsas götürüb. O, milli təhlükəsizlik mövzusu ilə bağlı çıxış edən zaman iddia edib ki, Suriya hakimiyyət qüvvələri üsyançılara qarşı kimyavi silahdan istifadə edib. Suriya müxalifəti Obamanı məhz həmin generalın sözlərinə qulaq asmağa çağırıb.

Qeyd edək ki, artıq ABŞ sözügedən generalın iddialarına münasibət bildirib. ABŞ dövlət katibi Con Kerri bildirib ki, onlarda hələlik bunu təsdiqləyəcək dəlillər yoxdur.

Geri qayıt