Əsas Səhifə > Cəmiyyət > İLHAM ƏLİYEV XAÇMAZDA

İLHAM ƏLİYEV XAÇMAZDA


23-09-2011, 14:39
İLHAM ƏLİYEV XAÇMAZDA

PREZİDENT RAYONUN GÖRMƏLİ YERLƏRİNİ ALBƏMDA SEYR EDİB

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

Bildirildi ki, Xaçmazda 2005-ci ildə inşa edilmiş Heydər Əliyev Mərkəzində 2010-cu ildə əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır. Binanın dam hissəsi günbəz formasında yenidən inşa edilmiş, pəncərələri şəbəkə üslubunda düzəldilmişdir. Mərkəz bir zaldan, 6 guşədən və 3 əlavə otaqdan ibarətdir. Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlardan bir daha aydın olur ki, ulu öndər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqilliyinin möhkəmləndirilməsi üçün əvəzsiz işlər görmüşdür.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanmışdır.

Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə ictimaiyyətin nümayəndələri, zəhmət adamları ilə görüşlərini, təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu və neft strategiyasına göstərdiyi diqqət və qayğısını əks etdirən fotolar qiymətli eksponatlar sırasındadır. Bir sözlə, bu Mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynayacaq, həmçinin gənc nəslin dünyagörüşü, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır.

Prezident İlham Əliyev Xaçmazda görülmüş işləri, rayonun görməli yerlərini əks etdirən şəkillərdən ibarət alboma baxdı.


Geri qayıt