Əsas Səhifə > Ölkə, Manşet > «91-LƏR»İN DAHA BİR NÜMAYƏNDƏSİ VƏZİFƏDƏN ALINIR

«91-LƏR»İN DAHA BİR NÜMAYƏNDƏSİ VƏZİFƏDƏN ALINIR


24-04-2013, 14:33
«91-LƏR»İN DAHA BİR NÜMAYƏNDƏSİ VƏZİFƏDƏN ALINIR
BAKI MERİ POSTUNA NAZİR QARDAŞI GƏTİRİLİR

DİA.AZ: - Bakının yağışlara təslim olması fonunda Bakı meri Hacıbala Abutalıbovun vəzifəsindən alınması məsələsi yenidən gündəmə gəlib. Sanki bir yandan yağışlar, bir yandan da qohumunun təhsil naziri postuna irəli çəkilməsi Abutalıbov üçün düşərli olmayıb.

Bu barədə DİA.AZ-a məlumat verən bilgili qaynaqların iddialarına görə, Hacıbala Abutalıbov yaxın günlərdə vəzifəsini itirəcək: «Doğrudur, artıq cəmiyyətdə Hacıbala Abutalıbov haqqında «Ölməz Kaşey» imajı formalaşıb. Yəni onun gedəcəyi deyilsə də, bu baş vermir. Amma bu dəfə vəziyyət tamam fərqlidir və hətta Hacıbala Abutalıbovun özünə də məlumat verilib ki, qarşıdan gələn prezident seçkilərinə qədər onunla vidalaşacaqlar».

Mənbəmiz iddia edir ki, hələlik postunda müvəqqəti saxlanılan Bakı merinin yerinə bir neçə şanslı aday var: «Amma onların sırasında ən şanslısı hazırda Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalovdur. Mərdanov Camalovun isə Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı olması faktdır. Və nazir qardaşına güvənən Məprdan Camalovun rəqiblərindən bu baxımdan kifayət qədər üstün olduğu söylənilir».

Onu da bildirək ki, Hacıbala Abutalıbov vəzifə başında saxlanılan sonuncu «91-lər»dən biridir. Mərhum prezident Heydər Əliyev tərəfindən «YAP-ın qaymağı» adlandırılan «91-lər» son illər ərzində vəzifələrini itirdilər. İndi isə Hacıbala Abutalıbovun gedişi ilə daha bir itkini vermiş olacaq. Bu qrupun sonuncu nümayəndəsi isə hazırda «Azərbaycan» Dövlət Nəşriyyatına rəhbərlik edən Ağabəy Əsgərovdur.

Geri qayıt