Əsas Səhifə > Partiya > MÜSAVATDAN AXCP-YƏ ŞÜBHƏ

MÜSAVATDAN AXCP-YƏ ŞÜBHƏ


24-04-2013, 11:09
MÜSAVATDAN AXCP-YƏ ŞÜBHƏ
"GÜCLÜ OLDUQLARINI İSBAT ETSİNLƏR"

AXCP sədri Əli Kərimlinin məşhur 21 aprel toplantısında rəhbəri olduğu partiyanı ən güclü siyasi partiya adlandırması digər müxalif partiya yetkililəri tərəfindən narazılıqla qarşılanıb. Bununla bağlı Moderator.az saytının sualını cavablandıran Müsavat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, özünün güclü olduğunu iddia edən şəxs öz iddiasını arqumentlərlə əsaslandırmalıdır: “Əslində hər bir partiya rəhbəri öz partiyasının digər siyasi partiyalardan güclü olduğunu elan edir. Bu cür çıxışlar partiya mənafeyi baxımından səsləndirilən fikirlərdir. Lakin hesab edirəm ki, özünün ən güclü olduğunu iddia edənlər bunu arqumentlər əsasında isbatlamalıdırlar. Onlar yalnız bu zaman özlərinin həqiqətən də ən güclü olduqlarını sübut edə bilərlər. Bunsuz istənilən fikir əsaslı hesab edilə bilməz”.
Geri qayıt