Əsas Səhifə > Ölkə, Manşet > POLİS ZABİTİNƏ ŞOK İTTİHAM

POLİS ZABİTİNƏ ŞOK İTTİHAM


6-12-2011, 15:09
POLİS ZABİTİNƏ ŞOK İTTİHAM

ZAUR ALIŞOV NARKOBARONLUQDA İTTİHAM OLUNUR

DİA.AZ: - Narkotik maddələrin əkilib-becəriliməsinə, satışına və istehsalına görə sən demə Saatlı rayonu təkcə Azərbaycanda deyil, MDB ölkələri arasında birinci yerdə imiş. Bunu son vaxtlar rayonda narkotikə qarşı aparılan mübarizə də təsdiqləyir.Yayılan rəsmi məlumatlarda bildirilir ki, son bir neçə ayda rayonun müxtəlif kəndlərində 20 tona yaxın narkotik maddə aşkarlanaraq məhv edilib.

Bu, hələ rəsmi məlumatdır. Qeyri-rəsmi məlumatlarda isə daha çox narkotik bitkinin aşkarlandığı bildirilir. Maraqlıdır, görəsən bu gün də vəzifə başında olan rayon polis şöbəsinin bu sahəyə məsul olan, xüsusu ilə də rayonda narkotikə qarşı mübarizə bölməsinə rəhbərlik edən polis zabiti Zaur Alışov bu faktları, daha dəqiq desək, baş alıb gedən narkobiznesi görmürdümü? Əgər "görmürdüsə", niyə o cür məsul vəzifə başında otururdu?

Zaur Alışov polis zabitidir, yoxsa fermer

Rayondan redaksiyamıza verilən məlumatda bildirilir ki, Saatlı Rayon Polis Şöbəsinin narkotiklərə mübarizə bölməsinin (indi isə cinayət axtarış bölməsinin) rəisi Zaur Alışov vəzifəsindən sui-istifadə edərək rayonun Heydərabad kəndinin bələdiyyə torpağının 50 hektara yaxın sahəsini neçə illərdir ki, zəbt edərək orada mal-qara saxlatdırır. Bu barədə DİA.AZ-a daxil olan informasiyada deyilir:

“O, özü Saatlının Dədə Qorqud kəndində yaşadığı halda, qonşu kəndin torpaq sahəsində qeyri-qanuni olaraq daşdan binalar tikdirərək bələdiyyə torpağını özəlləşdirib. Z.Alışov neçə illərdir ki, torpaqdan istifadəyə görə vergi və su pulu da vermir. Ondan suvarmaya görə su pulu və vergi istəyənlərə isə deyir ki, cibinə narkotik atdırıb səni içəri soxduraram. Z.Alışovun sahəsinə tərəf heç kim yaxınlaşa bilmir”.

Deyilənlərə görə polis zabiti həmin sahələrdən mal-qara saxlamaqla bərabər başqa məqsədlərdən də yararlanır. Ona görə də o tərəflərə kimsə buraxılmır: “Yoxsa, Zaurun bu qədər pulu hardandır ki, 50 hektar sahədə mal-qara saxlasın? Polis zabitinin aldığı əmək haqqı ilə bu qədər mal-qara almaq olarmı?”

Mənbə bildirir ki Zaur Alışov vaxtının çoxunu fermasında keçirdiyindən rayonda baş vermiş çinayət faktlarının üstü açılmır: “Bir də ki, Z.Alışovu yaxından tanıyanıar çox yaxşı bilirlər ki, o, polis sıralarına təsadüfi gəlmiş adamlardandır. Uzun müddət rayon partiya komitəsində məsul vəzifədə çalışmış anasının hesabına polisə gəritilmiş Zaur Alışovun əməliyyatçı olması qeyri-mümkündür”.

Rayonda narkomanlığa qarşı niyə mübarizə aparılmırdı?

Mənbə bildirir ki, Zaur Alışov Saatlı Rayon Polis Şöbəsində narkotiklə mübarizə bölməsinə rəhbərlik edəndə narkotik maddələrin əkilib-becərilməsi, istehsalı, satışı və istifadəsi o dərəcədə açıq şəkildə, sürətlə inkişaf etdi ki, hətta həyətlərdə tərəvəz əvəzinə natkotik maddə əkənlər də oldu.

“Son vaxtlar isə rayonun Şirinbəy kəndində narkotik maddələrin istehsalı ilə məşğul olan sex də aşkarlandı” deyən mənbə bildirir ki, hətta bu sexin işçiləri də var imiş: “Bu sex Zaur Alışovun narkotiklə mübarizə bölməsinə rəhbərlik etdiyi dövrdən fəaliyyət göstərirmiş. Özü də açıq şəkildə. Hətta bu barədə söhbət düşəndə Zaur dövlətin işsizliyin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən siyasətini ələ salaraq deyirmiş ki, sexdə çalışanlar işlə təmin olunublar. Burada pis nə var ki. Camaat işləyib pul qazanır.Hökumətimizə də lazımdır ki,insanlar yaxşı yaşasın”.

Bu da polis zabitinin hakimiyyətin işsizliyin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən siyasətə münasibəti.

Mənbə bildirir ki, rayonda narkotk maddələrin açıq şəkildə əkilib-becərilməsinə, istehsalına, satışına və istifadəsinə sərbəstlik yaradılmasına Zaur Alışovun göz yumması heç də təsadüfi deyidir. Çünku polis zabiti hər ay onlardan buna görə haqq alıb. Artıq beş aydan artıqdır ki, rayonda narkotikə qarşı ciddi mübarizə aparılır və qeyd etdiyim kimi, külli miqdarda narkotk bitkilər aşkarlanaraq məhv edilib.

Bu mübarizə davam etdirilsə də, narkotik maddələrin kökü kəsilmək bilmir. Təəsssüf edirik ki, bu sahəyə rəhbərlik etmiş Zaur Alışov hələ də vəzifə başındadır. Üstəlik onu cinayət axtarış bölməsinə rəis qoyublar.

Bu barədə gileylənən rayon sakinləri bildirir ki, Saatlıda əhali artıq özünü polisdən qorumağa başlayıb: “Daxili İşlər Nazirliyinin rəhbərliyi buyurub Saatlı rayonunun Heydərabad kəndinə gəlib Zaur Alışovun zəbt etdiyi torpaq sahəsində saxlatdırdığı mal-qara və qeyri-qanuni tikililərlə yerində tanış ola bilərlər. Əgər polis zabiti qayqa-qanuna məhəl qoymursa, digərlərini qauna əməl etməyə məcbur edə bilərmi?

Elman Miriyev
SAATLI – DİA.AZ

Redaksiyadan: Yazıda adları keçən bütün tərəfləri dinləməyə hazırıq...


Geri qayıt