Əsas Səhifə > Cəmiyyət > TƏHQİQATÇI JURNALİST QRUPLARI YARADILDI

TƏHQİQATÇI JURNALİST QRUPLARI YARADILDI


6-12-2011, 14:40
TƏHQİQATÇI JURNALİST QRUPLARI YARADILDI

QRUP ƏVƏZ ZEYNALLI İLƏ RAFİQ TAĞININ İŞLƏRİNİ ARAŞDIRACAQ

Azərbaycanda ilk dəfə jurnalistlərə hədə və zorakılıqların qarşısının alınması üzrə layihə həyata keçirilməyə başlayıb. “Preventiv cavab qrupu” (PCQ) adlı layihəni Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə yardımı, Jurnalistlərin və Söz Azadlığının Müdafiəsi Fondunun hamiliyi ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu həyata keçirir.

Layihədə məqsəd KİV işçilərinin təhlükəsizlik sisteminin yaradılması, onların həyatına, sağlamlığına və azad jurnalist yaradıcılığına təhdidlərin aradan qaldırılmasıdır.

Bu məqsədlə “Preventiv cavab qrupu” - Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATI) 2-5 ixtisaslı əməkdaşdan (keçmiş jurnalist, vəkil, tibb işçisi) ibarət mobil bölməsi yaradılır. Onlar KİV işçilərinin həyatına, sağlamlığına və azadlığına təhlükənin qarşısını almaq üçün tədbirlər görəcək:

- KİV işçilərinin həyatı və fəaliyyəti üçün təhlükənin qarşısını alacaq;

- KİV işçilərinin qətli, döyülməsi, oğurlanması, şantaj və psixoloji təzyiq hallarını araşdıracaq:

- jurnalistlərin həbsi faktları üzrə araşdırma aparacaq.

Qarşıya qoyulan məqsədə çatmaq üçün PCQ hüquq- mühafizə orqanları, ictimai təşkilatlar və KİV ilə sıx təmaslar quracaq. PCQ öz işində KİV işçilərinə təhlükələri bağlı şəffaf və obyektiv əks etdirməklə cəmiyyətin dəstəyinə arxalanajaq: press-relizlər yayacaq, aralıq və yekun brifinqlər, mətbuat konfransları keçirəcək.

Artıq iki PCQ formalaşdırılıb. Onlar publisist Rafiq Tağının qətlinin və “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsinin təhqiqatı ilə məşğuldur. Dekabrın sonlarında ilk jurnalist araşdırmasının nəticələri ictimaiyyətə açıqlanacaq.


Geri qayıt