Əsas Səhifə > Hadisə > GƏNCƏDƏ SAXTA AŞURA HƏYƏCANI

GƏNCƏDƏ SAXTA AŞURA HƏYƏCANI


6-12-2011, 13:27
GƏNCƏDƏ SAXTA AŞURA HƏYƏCANI

14 YAŞLI QIZ ZİYARƏTGAHI BİR-BİRİNƏ VURDU

Azərbaycanın tanınmış ziyarətgahında partlayış həyəcanı yaşanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 5-də saat 20:11-də naməlum qadın "102 Zəng Mərkəzi"nə zəng edərək Kəpəz rayonunun Gülüstan qəsəbəsində yaşadığı və İmamzadə ziyarətgahına bomba qoyulması barədə məlumat verib.

Kəpəz rayon Polis İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı yalan məlumatın 14 yaşlı A. M. tərəfindən verilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparlır.


Geri qayıt