Əsas Səhifə > Hadisə > SUMQAYITDA ZİBİLLİKDƏN MEYİT TAPILDI

SUMQAYITDA ZİBİLLİKDƏN MEYİT TAPILDI


23-04-2013, 10:08
SUMQAYITDA ZİBİLLİKDƏN MEYİT TAPILDI
MEYİT YANĞIN ZAMANI ORTAYA ÇIXIB

Sumqayıtda yanmış zibillikdən naməlum kişi meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 8 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan kişi meyiti aşkar olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt