Əsas Səhifə > Sosial, Manşet > QARADAĞIN İCRA BAŞÇISI QƏZƏB HƏDƏFİNƏ ÇEVRİLİB

QARADAĞIN İCRA BAŞÇISI QƏZƏB HƏDƏFİNƏ ÇEVRİLİB


23-04-2013, 09:40
QARADAĞIN İCRA BAŞÇISI QƏZƏB HƏDƏFİNƏ ÇEVRİLİB
HAQQI TAPDANAN SAHİBKARLARIN HAQQ SƏSİ PREZİDENTİN DİQQƏTİNDƏ

DİA.AZ: - Daha bir icra başçısı sərt formada xəbərdarlıq alıb. Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki qaynaqlar ötürüb. Xəbəri verən mənbə iddia edir ki, nə zamandır barəsində şikayətlər geniş vüsət alan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılova son xəbərdarlıq edilib və əgər vəziyyəti düzəltməzsə, vəzifəsindən alınacağı heç şübhəsizdir.

Mənbənin sözlərinə görə, «Çakır» ləqəbli Süleyman Mikayılov sırf olaraq yerli sahibkarlara yaratdığı problemlər səbəbindən hədəfə çevrilib: «Prezident İlham Əliyev zamanında Qaradağ rayonundan millət vəkili olub, parlamentdə təmsil olunub. Yəni zaman-zaman Qaradağ rayon sakinləri ilə sıx təmasları yaranıb və hətta Qaradağda yaşayan bəzi iş adamları ilə birbaşa münasibətləri də olub.

Həmin sahibkarlar üzləşdikləri problemi nəhayətdə dövlət başçısına çatdırmağa müvəffəq olublar. Sözbət Qaradağdakı bazarın özəlləşdirilməsi zamanı yol verilən özbaşınalıqlardan gedir. Həmin özəlləşdirmə zamanı 30-a yaxın dükan da bazar ərazisi kimi sənədləşdirilib. Hətta onların arasında «Azərittifaq»ın balansında olan dükan da var ki, bütün bu qanunsuzluqlara Əmlak Məsələləri üzrə Dövlət Komitəsi də öz imzasını atıb».

Böyük bir skandala müşaiyət olunan bu özəlləşdirmə nəticəsində bazarın Süleyman Mikayılovun yaxın adamları tərəfindən ələ keçirildiyini və haqqı tapdanan sahibkarların prezident İlham Əliyevə dərdlərini satdırmağa müvəffəq olduqlarını bildirən mənbəmiz iddia edir ki, Süleyman Mikayılova sahibkarlarla problemlərini həll etməsi barədə qəti tapşırıq verilib:

«Dünən Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi. Və yığıncaq zamanı icra başçısını təcili olaraq paytaxta çağırdılar və yığıncaq vaxtından tez qurtardı. Bakıda Süleyman Mikayılov deyilən şəkildə tənbeh olunub və ona son vaxt limiti tanınıb».

Geri qayıt