Əsas Səhifə > Partiya > ƏLİ ƏLİYEVİN HÖVSƏLƏSİ DARALIB

ƏLİ ƏLİYEVİN HÖVSƏLƏSİ DARALIB


23-04-2013, 09:27
ƏLİ ƏLİYEVİN HÖVSƏLƏSİ DARALIB
VİP: "KİMƏSƏ GÜZƏŞTƏ GETMƏYƏCƏYİK"

Vətəndaş və İnkişaf Partiyası (VİP) prezident seçkilərində hansısa siyasi qüvvənin namizədinə güzəşt etmək niyyətində deyil.

Bunu SalamNews-a partiya sədrinin müavini Ramin Hüseynov deyib.

O bildirib ki, təmsil etdiyi partiya indiyə qədər digər siyasi qüvvələrə yetərincə güzəşt edib: “Biz çox çalışdıq ki, müxalifət düşərgəsi bu seçkiyə vahid namizədlə getsin. Ancaq, bu, reallaşmadı. Belə olan halda Vətəndaş və İnkişaf Partiyası prezident seçkilərinə öz namizədi ilə getməyi qərarlaşdırdı. Hesab edirəm ki, qarşıdakı mərhələdə partiya yalnız seçki texnologiyalarının hazırlanması, seçkiyə hazırlıq istiqamətinə üstünlük verəcək. İndi partiyanın güzəşt limitinin bitdiyini də deyə bilərik.”

VİP rəsmisi vurğulayıb ki, müxalifət seçkilərə vahid namizədlə gedəcəyi təqdirdə təmsil etdiyi partiya güzəştli addım ata bilərdi.

Geri qayıt