Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞAMAXININ İCRA BAŞÇISI DƏYİŞMƏYİB?

ŞAMAXININ İCRA BAŞÇISI DƏYİŞMƏYİB?


23-04-2013, 09:02
ŞAMAXININ İCRA BAŞÇISI DƏYİŞMƏYİB?
HƏLƏ DƏ RİH-İN SAYTINI YENİLƏMƏYİBLƏR

Şamaxının sabiq başçısı Asif Məmmədov fevral ayının 15-dən işdən azad olunmasına baxmayaraq hələ də Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) rəsmi saytında onun adı icra başçısı kimi göstərilir. Qeyd edək ki, Şamaxı ilə eyni vaxta İsmayıllı, Laçın və Kəlbəcər rayonlarınında başçıları dəyişdirilib. Amma onların adı rəsmi saytlarından 2-3 gün sonra çıxarılıb.

Şamaxının rəsmi saytında isə 2 aydan artıq vaxt keçsə də Asif Məmmədov başçı olaraq qalıb. Görünür yeni icra başçısı Asif Ağayevin rayonda başı daha mühim işlərə qarışdığından RİH-nin rəsmi saytında adları uyğun olan keçmiş və yeni başçının soyadının əvəzlənməsini unudub.

Geri qayıt