Əsas Səhifə > Partiya > PARÇALANMIŞ AZƏRBAYCANIN PARÇALANMIŞ BİRLƏŞDİRİCİLƏRİ

PARÇALANMIŞ AZƏRBAYCANIN PARÇALANMIŞ BİRLƏŞDİRİCİLƏRİ


6-12-2011, 12:51
PARÇALANMIŞ AZƏRBAYCANIN PARÇALANMIŞ BİRLƏŞDİRİCİLƏRİ

BİR DAK O BİRİ DAK-IN TƏDBİRİNİ TƏKZİB ETDİ

“9-10-11 dekabr 2011-ci il tarixdə İsveçin paytaxtı Stokholm şəhərində, 21 Azər Hərəkatı ərəfəsində keçirilməsi planlaşdırılan “Milli birliyə gedən yol” adlı konfransın Dünya Azərbaycanlıları Konqresinə (DAK) heç bir aidiyyatı yoxdur”.

Məlumata görə, bu xəbərdarlığı DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya yayıb. Onlar bildiriblər ki, bu DAK-ın tədbiri deyil: “Təşkilatımız belə bir adla tədbir keçirilməsinə deyil, hazırda DAK-la heç bir əlaqəsi olmayan şəxslərin təşkilat adından istifadə edib guya “birlik qurultayı”na hazırlıq məqsədilə konfrans keçirməyinə etiraz edir. Çünki vaxtilə DAK-ın Nizamnaməsini kobud surətdə pozduqlarına görə təşkilatdan uzaqlaşdırılmış adamların özlərini qurumun təmsilçiləri kimi qələmə verərək bu cür addımlar atması açıq-aydın təxribat və DAK-ı parçalamaq, Azərbaycanın bütövlüyü, Güneyin istiqlalını istəməyən qüvvələrə xidmətdir”.


Geri qayıt