Əsas Səhifə > Cəmiyyət > 2012-Cİ İLİN BÜDCƏSİ TƏSDİQLƏNDİ

2012-Cİ İLİN BÜDCƏSİ TƏSDİQLƏNDİ


6-12-2011, 12:47
2012-Cİ İLİN BÜDCƏSİ TƏSDİQLƏNDİ

PARLAMENT HESABLAMA PALATASININ DA SMETASINI TƏSDİQLƏYİB

Bu gün Azərbaycan parlamentinin növbəti plenar iclası işə başlayıb.

APA-nın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, gündəlikdə 10 gün əvvəl hökumətə göndərilən Azərbaycanın 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlər durur.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, gələn ilin dövlət büdcəsinin layihəsi deputatlar tərəfindən verilən təkliflərdən sonra ətraflı müzakirə olunub: «Son iclasdan sonra hökumət burada müzakirə zamanı qaldırılan məsələlərlə bağlı araşdırmalar aparıb».

Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı təkliflərdə kommunikasiya üçün əlavə 671 min manat həcmində vəsaitin ayrılması məqbul hesab edilib. Ehtiyatda olan hərbi qulluqçular üçün kirayə haqları məqsədi ilə əlavə olaraq 1,4 mln. manatın verilməsi məqbul hesab olunub. Deputatların təklifləri nəzərə alınmaqla QHT-ləirin inkişafı üçün vəsait 1 mln. manat artırılmaqla 3,7 mln. manata, bələdiyyələrə verilən dotasiyalar 1 mln. manat artırılmaqla 5 mln. manata çatdırılıb.

Ümumilikdə, büdcənin xərclər hissəsi 87,6 mln. manat və ya 0,5% artırılaraq 17,072 mlrd. manata çatdırılıb. Nəticədə, büdcə kəsiri 634 mln. manata çatıb. Sonda dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

Bununla yanaşı, parlament Milli Məclis və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetalarını da təsdiq edib.


Geri qayıt