Əsas Səhifə > Partiya > "MÜXALİFƏT ACİZDİR"

"MÜXALİFƏT ACİZDİR"


22-04-2013, 12:25
"MÜXALİFƏT ACİZDİR"
"YA XALQ ARTIQ MÖVCUD REALLIQLA BARIŞIB"...

«Prezident seçkilərinə 6 aydan da az vaxt qalır, amma ölkədə hər cür ictimai-siyasi fəaliyyətə qadağalar durmadan artır. Ölkənin ictimai-siyasi sektoru isə hakimiyyət adlanan dəstənin bu davranışının qarşısını almaqda gücsüzdür». TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu özünün Facebook hesabında yazıb.
O bildirib ki, bunun 2 səbəbi ola bilər: «Ya xalq artıq mövcud reallıqla razılaşıb, ya da bizə etimadı, güvəni yoxdur. Məncə səbəb ikincidir və bu da ən təhlükəli perspektiv vəd edən yoldur. Çünki ümidləri qırılmış xalqın sonuncu ümid yeri olan öz gücünə inanmaqdan başqa seçimi qalmır. Bu güc isə adətən qurucudan çox dağıdıcı olur. Elə müasir dövrümüzün bütün inqilabları da buna əyani sübutdur».

Geri qayıt