Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİR POSTUNDAN ALINAN MİSİR MƏRDANOV DANIŞDI

NAZİR POSTUNDAN ALINAN MİSİR MƏRDANOV DANIŞDI


22-04-2013, 11:26
NAZİR POSTUNDAN ALINAN MİSİR MƏRDANOV DANIŞDI
"YENİ VƏZİFƏ TƏKLİFİ ALMIŞAM"

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a eksklüziv müsahibə verib. Sabiq nazir saytımıza müsahibəsində vəzifəsindən getmə səbəbləri və gələcək fəaliyyətinə dair suallarımızı cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?
- Naziri vəzifəyə təyin edən də, vəzifədən azad edən cənab prezidentdir. Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.
- Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedəcəksiz?
- Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcəksiniz.
- Yeni təhsil nazirini tanıyırsınızmı?
- Bəli tanıyıram. Cavan oğlandır. Bizim Universiteti bitirib.
- Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təhsildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumiyyətlə, təhsildə islahatlar mümkündürmü?

- Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.

Geri qayıt