Əsas Səhifə > Güney Press, Araşdırma > ÇİÇƏYİ BURNUNDA OLAN NAZİRƏ İTTİHAM

ÇİÇƏYİ BURNUNDA OLAN NAZİRƏ İTTİHAM


22-04-2013, 10:59
ÇİÇƏYİ BURNUNDA OLAN NAZİRƏ İTTİHAM
ONUN VƏKİLLİYİ ŞÜBHƏYƏ ALINDI

Prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri vəzifəsindən azad edilən Misir Mərdanovun postuna İçəri Şəhər Qoruğunun direktoru Mikayıll Cabbarovun təyin olunması diqqəti yeni nazirin üzərinə yönəldib.

Mia.az xəbər verir ki, yeni nazirin tərcümeyi-halı istər mətbuatda, istərsə də soasial şəbəkələrdə geniş müzakirəyə çıxarılıb. 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olan Mikayıl Cabbarov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib və ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. İlk iş yeri bank sekrtoru olub. 1999-2002-ci illərdə özəl hüquqşünas kimi fəaliyyət göstərib.2002-2003-cü illərdə o, hazırda həbsdə olan İqtisadi İnkişaf naziri Fərhad Əliyevin müavini və yaxın məsləhətçisi olub.2004-cü ildə həmin nazirlikdə müavin vəzifəsinə qədər yüksəlib. O, 2009-cu ildə prezidentin müvafiq sərəncamı ilə İçəri Şəhər Qoruğunun direktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, yeni nazirin vəkillik sahəsinə nüfuz etdiyi də yayılan məlumatlar sırasındadır. İddialara görə, yeni nazir vaxtilə Daxili İşlər Nazirliyinin yol polisi ilə məhkəmə çəkişməsi yaşayıb və qalib də olub. Amma buna rəğmən, M.Cabbarovun Nyu-York şəhər Vəkillər kollegiyasına necə üzv olması və buna qanunların necə yol verməsi də maraq doğurub.

Məsələ ilə bağlı müstəqil hüquqşünas Qurban Məmmədov da öz münasibətini açıqlayıb.

Mia.az-ın xəbərinə görə, tanınmış hüquqşünas Qurban Məmmədov sosial şəbəkədə yeni nazirin Nyu-York şəhər Vəkillər kollegiyası üzvü olmasının qanunla doğru olmadığını deyib: «Azərbaycan Vəkillər kollegiyasının üzvü olmayan adam, vəkillik fəaliyyəti göstərməyən adam Nyu-York Vəkillər kollegiyasının üzvü necə ola bilər? Bunu yazanda heç düşünürsünüzmü ki, Amerika vətəndaşı olmayan, Amerikada rəsmi vəkil statusu əldə etməyən bir adam Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvü necə ola bilər? Hər hansı Amerikalı vəkil Azərbaycanda vəkillik edə bilərmi və ya Amerika vətəndaşı Azərbaycan Vəkillər Kollegiyasının üzvü ola bilərmi?

Bilməyənlər üçün deyirəm: yox, bu, qanunla qadağandır. Bəs onda Azərbaycanlı hüquqşünas (öz ölkəsində rəsmi vəkil statusu olmaya-olmaya) necə Nyu-Yorkda vəkil ola bilər?».

Qurban Məmmədov onu da bildirib ki, belə əsassız məsələlərlə ictimai rəyi «azdırmaq» yolverilməzdir.

Geri qayıt