Əsas Səhifə > Siyasət, Manşet > ELDAR HƏSƏNOVA HANSI NAZİRİMİZ DƏSTƏK VERİR?

ELDAR HƏSƏNOVA HANSI NAZİRİMİZ DƏSTƏK VERİR?


22-04-2013, 10:54
ELDAR HƏSƏNOVA HANSI NAZİRİMİZ DƏSTƏK VERİR?
SƏFİRLİKDƏN YORULAN ELDAR HƏSƏNOV PA ŞEFİ POSTUNA GÖZ DİKİB

DİA.AZ: - Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun postundan geri çağırılması barədə ölkə başçısı Ilham Əliyevə müraciəti müxtəlif mülahizələrə səbəb olub. Hələ bir müddət əvvəl Eldar Həsənovun yüksək vəzifəyə gətiriləcəyi barədə yayılan məlumatlar daha da geniş işlənməyə başlandı.

DİA.AZ-a daxil olan informasiyalardan bəlli olur ki, kifayət qədər təcrübəli birisi kimi xarakterizə olunan Eldar Həsənovun Prezident Administrasiyasının rəhbəri postuna – Ramiz Mehdiyevin yerinə gətirilməsi məsələsi yenidən gündəmə gətirilməkdədir.

Bu barədə danışan qaynaq iddia edir ki, PA şefi postuna gələ bilməsi üçün Eldar Həsənov adamlarını hərəkətə keçirib: “Maraqlıdır ki, onun bu posta gətirilməsinə dəstək verənlər arasında nəqliyyat naziri Ziya Məmmədov da var”.

Mənbəmiz bildirir ki, bu iddianın nə qədər reallığa çevriləcəyini söyləmək mümkün deyil: “Çünki son qərarı prezident verir. Onun kimin namizədliyi üzərində dayanacağı ilə bağlı isə olduqca çox sayda versiyalar var”. Onu da bildirək ki, PA şefi postuna gənc kadrlardan birinin hazırlandığı da söylənilir və Misir Mərdanovun yerinə onun yaşının yarısı qədərində ömür yolu olan birisinin təyin edilməsi faktı da bu ehtimalları daha da gücləndirib.

Geri qayıt