Əsas Səhifə > Hadisə > POLİS ƏMƏKDAŞI DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ

POLİS ƏMƏKDAŞI DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ


22-04-2013, 10:37
POLİS ƏMƏKDAŞI DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ
Aprelin 22-nə keçən gecə Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Quba-Xaçmaz yolunun rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Həmidov Dəyanət Nüsrəddin oğlunun idarə etdiyi 10 DC 211 nömrə nişanlı, “VAZ 2109” markalı avtomobil yüksək sürətlə ağaca çırpılıb. Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxan minik avtomobilinin ağaca çırpılması nəticəsində 29 yaşlı sürücü ilə yanaşı maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Xudat şəhər sakini Lednejova Pərvanə Tehran qızı hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə nəticəsində həlak olan D.Həmidov polis serjantı olub. O Xaçmaz rayon Dəmiryolu Xətt Polisi Şöbəsinin əməkdaşı olub.

Geri qayıt