Əsas Səhifə > Hadisə > QUBADA ƏR ARVADINI BIÇAQLADI

QUBADA ƏR ARVADINI BIÇAQLADI


22-04-2013, 09:50
QUBADA ƏR ARVADINI BIÇAQLADI
HADİSƏNİ TÖRƏDƏN ƏR SƏRXOŞ OLUB

Quba rayonunda bıçaqlaşma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun məlumatına görə, Quba rayonunun Caqacuq kənd sakini, 36 yaşlı Cəfərova Rəmziyyə Camal qızı ötən gün axşam saatlarında bıçaqlanıb.

Dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən R. Cəfərova əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.

Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, R. Cəfərovanı həyat yoldaşı Zaur Cəfərov bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Həyat yoldaşını bıçaqlayan Zaur Cəfərov artıq saxlanılıb. Hadisəni törədərkən onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt