Əsas Səhifə > Gündəm, Manşet > İLK ADDIMDA RAMİZ MEHDİYEV ÇIXDAŞ OLUNACAQ

İLK ADDIMDA RAMİZ MEHDİYEV ÇIXDAŞ OLUNACAQ


22-04-2013, 08:59
İLK ADDIMDA RAMİZ MEHDİYEV ÇIXDAŞ OLUNACAQ
MİSİR MƏRDANOV İTKİSİ MEHDİYEV KOMANDASINA MƏNFİ TƏSİR GÖSTƏRİB

DİA.AZ: - Misir Mərdanovun gedişi nə qədər gözlənilsə də, onunla iqtidar düşərgəsinin yollarını ayırması bəzi çevrələrdə şok effektini yaradıb. Hər halda, burada Mərdanovun mənsubu olduğu iqtidariçi düşərgə ilə bağlı məqamlar xüsusi olaraq diqqətə gəlməkdədir. Xatırladaq ki, 2005-ci ilin 17 Oktyabr həbsləri zamanı Misir Mərdanov keçmiş səhiyyə naziri Əli İnsanova qarşı təşkil olunan «zəhmətkeş qınaqlarının» önündə getdi.

Həmin ərəfədə hər kəs Misir Mərdanova zeyrətləndi. Çünki bu artıq «pəs» deyiləsi bir olay idi. Dünənə qədər az qala əlini öpdüyü Əli İnsanova qarşı təşkil olunan «zəhmətkeş toplantılarında» Misir Mərdanovun ön səfdə dayanması bu adamın kifayət qədər qorxulu birisi olmasından xəbər verirdi. Amma həmin ərəfədə daha çox qorxanı elə Misir Mərdanov idi. Həbsdən ehtiyatlandığından hər kəsi güdaza verməyə hazır idi. Hətta həmin həbslərdən sonra nə zamansa keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin xahişi ilə işə götürdüyü təhsil nazirliyinin bir əməkdaşını da məhz bu adla - FƏRHAD ƏLİYEVİN HƏMYERLİSİ OLMASI səbəbilə vəzifəsindən azad edən də Misir Mərdanov idi. Ondan qorxulurdu…

Amma ən acınacaqlısı Misir Mərdanovun bu illər ərzində Azərbaycan təhsilinə anarxiya məxş etməsi faktı idi. Bəli, 15 il ərzində Misir Mərdanov məhz mənsubu olduğu iqtidariçi qruplaşmanın çətiri altına girdiyi Prezident Administrasiyasının rəhbəri Rəmiz Mehdiyevin sifarişi ilə Azərbaycan təhsilinin anasını ağlatdı. Bu suçuna görə isə Misir Mərdanovun bu millət qarşısında hansı əhəmiyyətdə günahının olduğunu bilmək o qədər də çətin deyil…

DİA.AZ-a daxil olan informasiyalardan bəlli olur ki, Misir Mərdanovun gedişi Ramiz Mehdiyev düşərgəsinə ağır zərbə olub: «Artıq onlarda da belə bir qənaət var ki, zaman yetişib, haqq-hesab çürüdüləcək. Hətta İTV-nin rəhbəri İsmayıl Ömərov da Mehdiyevin şəbəkəsindən təlimat aldığından onu da dışladılar. Yəni proses başlayıb və daha da yuxarılara doğru irəliləyəcək».

Mənbəmiz bu arada əlavə etdi ki, kimlərsə Mehdiyevin yenidən revanş imkanı əldə etdiyini düşünür: «Bunlar yanlış təəssüratlardır. Sadəcə olaraq PA şefinə seçkiyə qədər dəyilməyə bilər. Bu da hadisələrin inkişaf axarından asılıdır. Zərurət yaranacaqsa, münbit şərait yetişərsə, Kremlin basqılarından bir türlü yayınma mümkün olacaqsa, ilk addımda Ramiz Mehdiyev çıxdaş olunacaq».

Geri qayıt