Əsas Səhifə > Cəmiyyət > OQTAY ŞİRƏLİYEVİN “APTEK YÜRÜŞÜ” DAVAM EDİR

OQTAY ŞİRƏLİYEVİN “APTEK YÜRÜŞÜ” DAVAM EDİR


5-12-2011, 18:00
OQTAY ŞİRƏLİYEVİN “APTEK YÜRÜŞÜ” DAVAM EDİR

DAHA 14 APTEKƏ QADAĞA QOYULDU

Bu ilin 11 ayı ərzində respublika üzrə 118 aptekə baxış keçirilib.

Onlardan 37 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 67 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 14 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 31 aptekdə aparılan baxışlar nəzarət xarakterli olduğundan yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən aparılıb, digər apteklərdə isə pasportlaşma həyata keçirilib.

Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib. Reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1210 seriya (6040 qutu), istifadə müddəti bitmiş 14 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 24264 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılıb.

762 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Dövlət Reyestrinə salınıb. Hazırda Dövlət Reyestrində 3652 adda dərman vasitəsi vardır ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilib.


Geri qayıt