Əsas Səhifə > Partiya > SİYAVUŞ NOVRUZOVUN TƏKLİFİ QICIQ YARADIB

SİYAVUŞ NOVRUZOVUN TƏKLİFİ QICIQ YARADIB


20-04-2013, 13:04
SİYAVUŞ NOVRUZOVUN TƏKLİFİ QICIQ YARADIB
"BÜTÜN İLAHİ DİNLƏRİN NƏZƏRİNDƏ"...

“Ümumilikdə deyə bilərəm ki, fahişəliyi leqallaşdırmaq qətiyyən yolverilməzdir”. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu bu sözləri deputat Siyavuş Novruzovun fahişəliyi leqallaşdırmaq haqda parlamentdə səsləndirdiyi təklifə cavab olaraq bildirib.

İ.İbrahimoğlu bütün ilahi dinlərin nəzərində zina və fahişəliyin ən böyük günahlardan biri olduğunu xatırladıb. Fahişəliyin leqallaşdırılmasını təsdiq edən, buna dəstək olan, bu günahın lehinə danışan hər kəsin qiyamət günü Allah dərgahında bu əmələ dəstək vermiş kimi cavab verəcəyini unutmamağı tövsiyə edib.

“Ən böyük günahlardan biri zina və fahişəlikdir. Buna rəvac verənlər isə Qiyamət günü cavablarını alacaqlar. Eyni zamanda, elə bu dünyada da, hansısa fəsada rəvac vermək həmin toplumun mənəvi aşınmasına xidmət etmək deməkdir”, - deyə DEVAMM sədri təklifə mövqeyini ifadə edib.

Geri qayıt