Əsas Səhifə > Ölkə, Manşet > KƏRƏM HƏSƏNOVUN İDARƏSİNİN BAĞ MAXİNAXİYASI
KƏRƏM HƏSƏNOVUN İDARƏSİNİN BAĞ MAXİNAXİYASI20-04-2013, 12:57 |
VƏTƏNDAŞLAR QANUNİ HAQQLARINI TƏLƏB EDİRLƏR DİA.AZ: - Məlul olduğu kimi, prezidentin 22 may 2007-ci il tarixli sərəncamına əsasən Bağlar idarəsi ləğv olundu vqeyd olundu ki, Bağlar idarəsi ilə müqaviləsi olan vətəndaşların bağ yerləri əvəzsiz olaraq onların mülkiyyətinə veriləcək. Amma nədənsə bir qrup işbaz məmur bu sərəncamdan da pul çıxarmağa girişiblər. DİA.AZ bildirir ki, prezidentin məlum sərəncamında açıq şəkildə göstərilir ki, vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülsün. Amma buna rəğmən bu sərəncamı icra etməli olan Dövlət Əmlak Komitəsi vətəndaşları süni şəkildə get-gələ salır. Bununla bağlı DİA.AZ-a müraciət edən bir qrup vətəndaşın şikayət məktubunda deyilir: “Kərəm Həsənovun quldurları prezidentin sərəncamına əməl etmirlər. Müxtəlif bəhanələr gətirərək, bağları özəlləşdirməkdən imtina edirlər. Əslində isə onlar rəsmən bazar açıblar və bağ sahiblərini mərcbur edirlər ki, öz bağ yerləsini yenidən satın alsınlar. Bu zaman isə əmlak komitəsinin işçiləri ən azından 5 min manat rüşvət tələb edirlər”. DİA.AZ olaraq AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI-nı da olduğu kimi diqqətinizə təqdim edirik: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin;[1] 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; 2.3. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.5. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Bakı şəhəri, 22 may 2007-ci il №2186 DİA.AZ bildirir ki, artıq məlum məsələ ilə əlaqədar şikayətçilərin narazı olduğu məqamların araşdırılmasına start verilib. Yaxın günlərdə araşdırma materiallarını diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq... BU DA ŞİKAYƏTÇİLƏRİN SİYAHISI: Geri qayıt |