Əsas Səhifə > Siyasət, Manşet > ERMƏNİLƏR İLHAM ƏLİYEVƏ QARŞI KAMPANİYA BAŞLADI

ERMƏNİLƏR İLHAM ƏLİYEVƏ QARŞI KAMPANİYA BAŞLADI


20-04-2013, 12:03
ERMƏNİLƏR İLHAM ƏLİYEVƏ QARŞI KAMPANİYA BAŞLADI
ABŞ-DAKI ERMƏNİ DAVASI KOMİSSİYASI BU MƏQSƏDLƏ VEB-SAYT YARADIB

DİA.AZ: - Ermənilər Azərbaycan prezidenti İlham Əliyevə qarşı təbliğat kampaniyasına başlayıblar. Hətta bu iş üçün Amerikada yerləşən erməni disaporasının külli miqdarda vəsait ayırdığı da məlum olur. ABŞ mətbuatına istinadən bu barədə xəbəri verən DİA.AZ bildirir ki, düşmən ölkənin məqsədi İlham Əliyevi beynəlxalq aləmdə nüfuzdan salma fonunda, özlərinin iyrənc maraqlarına nail olmaqdən, Qarabağ ermənilərinin guya ki, Azərbaycan dövlətinin hədəfində olması barədə rəy yaratmaqdan ibarətdir.

DİA.AZ-ın məlumatına görə, ABŞ Erməni Davası Komissiyasının (Hay Dat) rəsmi veb-səhifəsində hətta İlham Əliyevin əleyhinə ayrıca olaraq səhifə də yaradılıb. «İlham Əliyev kimdir» adlanan səhifədə Azərbaycanın dövlət başçısına qarşı aşağılayıcı ifadələr işlədilməklə yanaşı, İlham Əliyevin hər il 3 milyard dollarlıq silahı satın aldığı, Azərbaycan xalqını ermənilərə qarşı qızışdırması, Dağlıq Qarabağda yenidən savaş başlama niyyətində bulunması, erməni zabiti öldürmüş Ramil Səfərovu əfv etməsi, Dağlıq Qarabağ üzərində beynəlxalq hava uçuşlarını qadağan etməsi, Əkrəm Əylisliyini «Daş yuxular» əsərinə görə, dövlət mükafatlarından məhrum etməsi faktları da Azərbaycan prezidentinə qarşı faktlar kimi sadalanıb.

Hər halda, ermənilərin sadaladıqları bu faktların heç birinin Azərbaycan prezidentinə qarşı işləmədiyini görmək çox sadədir. Ən azından bütün dünya yaxşı bilir ki, bu gün Azərbaycanın Qarabağ torpaqları işğal altındadır və bunun üçün nəinki prezidentin, hər bir Azərbaycan vətəndaşının öz düşməninə qarşı köklənməsi vacibdir. Silahlanma, Qarabağın azadlığı naminə müharibə tədarükü isə Azərbaycan dövlətinin bir nömrəli vəzifəsidir.

Geri qayıt