Əsas Səhifə > Partiya > SABİRABADDA AXCP TƏLAŞI

SABİRABADDA AXCP TƏLAŞI


20-04-2013, 11:08
SABİRABADDA AXCP TƏLAŞI
POLİS BİR GÜN ƏVVƏLDƏN İŞİNİ GÖRÜB

AXCP bölgələrə seçki səfərlərinə davam edir. 20 apreldə AXCP-nin Sabirabadda yerli rayon təşkilatının genişləndirilmiş müşavirəsinin keçirlməsi nəzərdə tutulub. Bu haqda AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu məlumat yayıb.

Dünən, aprelin 19-da isə AXCP Sabirabad təşkilatının sədri Səttar Şahlarov yerli polis şöbəsinə aparılıb. Polis əməkdaşları onun evinə gələrək evdə tapmadıqda məsciddə, günorta namazından sonra saxlayıblar. S.Şahlarova xəbərdarlıq edildikdən sonra o, sərbəst buraxılıb.

AXCP-dən aldığmız son məlumata görə, hazırda partiya rəhbərliyi Sabirabada səfərə yola düşüb.

Geri qayıt