Əsas Səhifə > Partiya, Manşet > HÜSEYN ABDULLAYEV YENİ QƏZET AÇIR

HÜSEYN ABDULLAYEV YENİ QƏZET AÇIR


5-12-2011, 16:11
HÜSEYN ABDULLAYEV YENİ QƏZET AÇIR

KEÇMİŞ DEPUTAT “OĞUZ ELİ” ADLI QƏZET TƏSİS EDIB

DİA.AZ: - Keçmiş millət vəkili, «Oğuz Eli» İctimai Birliyinin sədri Hüseyn Abdullayevin siyasi iddialarının olması artıq kimsə üçün sirr deyil. Bir müddət əvvəl keçmiş deputatın hətta bir xəbər portalını maliyyələşdirdiyi də məlum oldu. İndi isə Hüseyn Abdullayevin yeni qəzet təsis etdiyi söylənilir.

Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) məlumat verən mötəbər mənbə iddia edir ki, Hüseyn Abdullayev «Oğuz Eli» adlı yeni qəzet təsis edib: «Qəzet üçün çox böyük maddi baza ayrılıb. Hətta qəzetin ayrıca mətbəəsi də olacaq».

Türkiyə qəzetləri formatında və keyfiyyətində nəşr olunacaq qəzetin gündəlik nəşr olunacağı da bildirilir.

Geri qayıt