Əsas Səhifə > Ölkə, Manşet > TƏRTƏR TƏHSİLİNİ KİMLƏR AĞLAR GÜNƏ QOYUB?
TƏRTƏR TƏHSİLİNİ KİMLƏR AĞLAR GÜNƏ QOYUB?18-04-2013, 11:31 |
PROBLEMİN KİLİD İSMİ TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİDİR DİA.AZ: - Məlum olduğu kimi təhsil sahəsində baş verən neqativ hallar digər salərlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Nəticədə isə vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Rüşvətxorluğa əlləri vərdiş etmiş məmurlar isə bu vərdişlərindən heç cür əl çəkə bilmirlər. Hətta bəzən insanda elə təəssürat yaranır ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə hələ də əyalətlərə gəlib çatmayıb. DİA.AZ-a daxil olan məlumatlarda Tərtər rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Aydın Qarayevin öz işində yol verdiyi ciddi qanun pozuntularına dair bir sıra faktlar öz əksini tapmışdır. Rayon sakinlərinin redaksiyamıza verdiyi məlumatlarda bildirilir ki, hələ bir neçə il bundan öncə Bakının Nizami Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş Aydın müəllim artıq o zaman özünün maliyyə maxinasiyaları ilə diqqəti cəlb edirdi: “Ümumiyyətlə demək olar ki, yüz min nəfərə yaxın əhalisi olan Tərtər rayonunun təhsil sisteminin rəhbərlik sarıdan bəxti elə əvvəldən gətirmir. Məlum olduğu kimi Tərtər RTŞ-nin sabiq müdiri 2007-ci ildə dövlət əmlakına ziyan vurduğu üçün həbs edilib. Şöbə müdirinin həbsindən sonra həmin vəzifəyə Aydın Qarayev təyin olunub”. Mənbələr isə iddia edirlər ki, bu gün A.Qarayev də köhnə RTŞ müdirinin yol verdiyi səhvləri təkrarlamaqdadır. Bu barədə kütləvi informasiya vasitələrinə təqdim olunan məlumatlarda da göstərilir ki, Aydın müəllimin təyinatı rayon üçün qətiyyən uğurlu olmadı. Artlq ardıcıl olaraq 5 ildir ki, məzunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda uğur qazana bilmirlər. Orta məktəbi bitirən şagirdlərin az hissəsi tələbə adını qazanır. Rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağıdır. Müəllimlərin bəzisi repititorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Şöbə müdiri isə bütün bunlardan təbii ki, xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır. Rayondakı mənbələr israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir: “Şöbə müdiri həmin vəsaitlər hesabına təhsili dirçəltmək əvəzinə, daha da bərbad günə salıb. Cəmilli, Umudlu, Qarağacı, 2 saylı Sarıcalı kənd orta məktəbində demək olar ki, təhsil verilmir. Bu məktəblərin direktorları şöbə müdirinə yaxın insanlardır. Onların içərisində hətta ali təhsili olmayan şəxs də var. Əlaqədar qurumlar şöbənin fəaliyyətini diqqətlə araşdırsalar, daha çox maliyyə maxinasiyalarını və digər qanun pozuntularını aşkar edə bilərlər...” Geri qayıt |