Əsas Səhifə > Gündəm, Manşet > KƏMALƏDDİN HEYDƏROV GİPS BİZNESİNDƏ

KƏMALƏDDİN HEYDƏROV GİPS BİZNESİNDƏ


5-12-2011, 13:52
KƏMALƏDDİN HEYDƏROV GİPS BİZNESİNDƏ

"GİLAN HOLDİNG" DAHA BİR NƏHƏNG MÜƏSSİSƏ YARADIB

DİA.AZ: - "Gilan Holding" öz hüdudsuz maliyyə və inzibati imkanlarından istifadə edərək biznesini genişləndirir.

Vergilər Nazirliyi noyabrın 24-də nizamnamə kapitalı 10 mln manat olan "Gilan Gips" istehsal müəssisəsini qeydiyyata alıb.

İndiyəcən Goranboy və Bakıda holdinq bir neçə güclü gips, gips-karton və panel zavodu yaradaraq bu seqmentdə Azərbaycan bazarını nəzarətə götürüb.

Goranboydakı gips zavodunun gücü 300 min ton gips və gips əsaslı quru qatışıqdır. "Gilan TN" zavodunda ildə 1,5 mln m2 tikinti paneli istehsal edilir. Bundan başqa, holdinqin gücü 8 mln m2 olan alçıpan zavodu var. İyulda holdinq "Gilan Pasific Tikinti Materialları" MMC-ni təsis edib.

"Gilan Holding" maliyyə-sənaye qrupu rəsmən FHN başçısı Kəmaləddin Heydərovun ailəsinə məxsusdur. O və ailəsi holdinqin maliyyə-təsərrüfat işinə nəzarət edir. Formal olaraq investisiya britaniyalılarındır. Holdinqə "AFB Bank", "AzSığorta", nəşriyyat evi, Bakı və Qəbələdə bir neçə otel və restoran məxsusdur. Bundan başqa holdinq mineral su, meyvə şirəsi, un, etil spirti və araq, şərab məmulatı, asfalt, kərpic, beton, paltar, ayaqqabı, kompakt-disk zavod və fabrikləri var.

Onu da qeyd edək ki, qanunvericiliyin tələbinə zidd olaraq, "Gilan Holding" birləşdirilmiş mühasibat balansını gizləyir və mətbuatda açıqlamır.


Geri qayıt