Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCAN FUTBOLU VƏHABİ OYLAĞINA ÇEVRİLİB

AZƏRBAYCAN FUTBOLU VƏHABİ OYLAĞINA ÇEVRİLİB


18-04-2013, 11:01
AZƏRBAYCAN FUTBOLU VƏHABİ OYLAĞINA ÇEVRİLİB
REDAKSİYAMIZA BU BARƏDƏ YAZAN FAN KLUB NÜMAYƏNDƏSİNİN HƏYƏCANI

DİA.AZ: - Redaksiyamıza maraqlı bir müraciət daxil olub. Özünün «Qarabağ» futbol klubunun fanatlarından biri kimi təqdim edən şəxs (kimliyini açıqlamır -red) DİA.AZ-a son zamanlar Azərbaycan futbolunda dini təriqətlərin əməlli-başlı kök saldığını xəbər verərək, bunun gələcəkdə böük problemlərə yol açacağını da söyləyir.

Həmin şəxsin DİA.AZ-ın elektron poçtuna ünvanladığı məktubda deyilir: «Ən acanıcaqlı vəziyyət adı Ağdamın olan, amma əslində Ağdama heç bir aidiyyatı olmayan «Qarabağ» futbol klubunda baş verir. Belə ki, bu futbol klubunun yerli oyunçularının demək olar ki, əksəriyyəti bu gün vəhabi təriqətinə bağlıdırlar».

Mənbə iddia edir ki, əməlli-başlı şəbəkələşən bir qrupun sayəsində digər komandada oynayan futbolçularımızın da sürətlə vəhabiləşdirilməsir prosesi gedir: «Özünüz də diqqət yetirsəniz, görərsiniz ki, saqqallı futbolçularımızın, məşqçilərimizin sayları günbəgün artmaqdadır. Doğrudur, onlar əllərinə bu gün silah almayıblar. Amma sabah hansı təhlükəli olayda iştirak edəcəklərini təsəvvür etmək çətin deyil».

Qeyd edək ki, məlumatı verən şəxs bu gün vəhabi təriqətindən maliyyələşərək Azərbaycan futbolçularını vəhabiləşdirən «Qarabağ»dakı heyətə aid təfsilatı ilə məlumat versə də, həmin futbolçuların siyahısını təqdim etsə də, bu barədə konkret bilgilərimizin olmaması səbəbindən araşdırmalar aparmaq qərarını verdik və əlimizdə olan informasiyaları araşdırmalarımızdan sonra diqqətinizə çatdıracağıq.

Bizi izləməkdə davam edin. Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt