Əsas Səhifə > Gündəm, Manşet > «BİNƏ» ƏTRAFINDA QURULAN SİYASƏT OYUNU

«BİNƏ» ƏTRAFINDA QURULAN SİYASƏT OYUNU


18-04-2013, 10:11
«BİNƏ» ƏTRAFINDA QURULAN SİYASƏT OYUNU
RAMİZ MEHDİYEVİN ADAMLARI «BİNƏ» ŞEFİNİ QAÇMAĞA MƏCBUR EDƏCƏK?

DİA.AZ: - Uzun müddət qovğa meydanına çevrilən və hətta hakimiyyətə qarşı üsyan ünvanlarından biri kimi diqqətə gələn «Binə» Ticarət Mərkəzinin ətrafında qalmaqal səngimək bilmir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən xəbər ötürülüb.

Məlumatı verən qaynaq iddia edir ki, əslində bu gün «Binə»də vəziyyəti qızışdıran maraqlı qüvvələr var və son günlər həmin qüvvələr yenidən ticarətçilər arasında təxribat xarakterli şaiyələr yaymaqda, onları növbəti etiraza sövq etmədədirlər.

Mənbənin söylədikləri: «Burada söhbət nə hansısa haqqın yığılmasına etirazdan gedir, nə də başqa bir məsələdən. Eyni problem əslində «Sədərək» ticarət mərkəzində də var. Amma orada sakitçilikdir. Bu da səbəbsiz deyil. Çünki elə məsələ «Sədərək»lə «Binə»nin arxasında dayanan məmurların arasında gedən çəkişmədədir».

Mənbəmiz iddia edir ki, əslində «Sədərək» TM-nin sahibi kimi təqdim olunan Yusif Qədimov da, «Binə» TM-nin sahibəsi kimi tanıdığımız Kəbirə Məmmədova da aparıcı fiqurlar deyillər: «Onlar faizə oturublar. Əsas sahiblər arxada dayanan şəxslərdir. Rəqabət də onların arasın6dadır. Bu qovğa elə siyasət meydanında da davam etməkdədir».

«Mənbəmiz iddia edir ki, bu gün Yusif Qədimov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın iqtisadi çevrəyə bağlıdır və Kəbirə Məmmədova da tamam əks-qütbdə dayandığından onun ətrafında məhz PA-dan qaynaqlanan müxtəlif təxribatçı oyunlar qurulur: «Hədəf bəllidir. «Binə»nin fəaliyyəti dayandırılsın. Hətta prezidentin əmisi oğlu İlqar Məmmədova da bu işdə PA şefi tərəfindən müxtəlif şirnikləndirici dəstəklər verildi və «Binə»nin yaxınlığında «Karvan» TM inşa olundu. Amma bu TM neçə müddətdir ki, açılsa da, özünə müştəri cəlb edə bilməyib».

Mənbəmiz onu da əlavə etdi ki, «Binə» ətrafında PA-ya yaxın qaynaqlar tərəfindən yeni təxribat planı da hazırlanmaqdadır: «Məqsədləri Kəbirə Məmmədovanı qaçmağa məcbur etməkdir. Əgər bu baş verərsə, TM-nin bağlanması da gündəmə gələcək. Hər halda, bu gün «Binə» və «Sədərək»də gün ərzində hansı həddə pulların dövr etdiyini təxmin etmək olar. Yəni böyük güclər böyük pulların davasını aparır».

Məsələ ilə əlaqədar bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt