Əsas Səhifə > Gündəm, Manşet > TƏBRİZİN İMAM CÜMƏSİ RƏSMİ BAKINI HƏDƏLƏDİ

TƏBRİZİN İMAM CÜMƏSİ RƏSMİ BAKINI HƏDƏLƏDİ


18-04-2013, 09:16
TƏBRİZİN İMAM CÜMƏSİ RƏSMİ BAKINI HƏDƏLƏDİ
“BU HƏRƏKƏTLƏRİNİZ SİZİN ÜÇÜN YAXŞI SONLUQLA NƏTİCƏLƏNMƏYƏCƏK”

DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı təhdidlərini davam etdiri. DİA.AZ-ın məkumatına görə, yenə də rəsmi Tehran ayrı-ayrı din xadimlərinin dili ilə Azərbaycanın daxili işlərinə burun soxmağa, Quzey Azərbaycan dövlətini hədələməyə maraq göstərməkdədir.

DİA.AZ olaraq molla mətbuatında dövlətimizə yönəlik növbəti hədə ilə bağlı məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

“Rəsa Xəbər Agentliyinin məlumatına görə, Vəli Fəqihin Şərqi Azərbaycan Vilayətindəki nümayəndəsi Ayətullah Möhsün Müctəhid Şəbistəri bu gün (yəni dünən –red.) Təbriz şəhərinin hüseynçi heyətlərinin Quran təlimçiləri və vaizlərinin seminarında Azərbaycan Respublikası şiələrinin vəziyyətini acınacaqlı adlandırıb və deyib: Azərbaycan Respublikası hökumətinin yürütdüyü anti-İslam siyasətlər iddiasında olduğu söz azadlığı və demokratiyanın təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

O, məscidlərin dağıdılması, hicab qadağası, islamçılar, ruhanilər və dindar fəalların həbs edilməsinə işarə edərək, deyib: Bu vəziyyətin davam etməsi Azərbaycan Respublikası hökumətinin zərərinə olacaq. Mən Bakı rəsmilərindən öz anti-İslam siyasətlərinə düzəliş etmələrini gözləyirəm.

Təbrizin imam cüməsi Azərbaycan Respublikası xalqının İran xalqına olan meylinin habelə, İslam təlimləri və şiəliyə olan marağının son dərəcə böyük olduğunu xatırladaraq, deyib: Azərbaycanın bir şiə ölkəsi olmasına rəğmən bu ölkə rəsmiləri şiələrə qarşı siyasət yürüdür və ölkədə dini təbliğə imkan verilmir.

Ayətullah Şəbistəri Azərbaycan Respublikası rəsmilərinin bu ölkədə xalq etirazlarının genişlənməsinə zəmin yaratdıqlarını deyərək, vurğulayıb: hökuməti Sionist rejim və amerikalı ağalarının razılığını əldə etmək üçün bu kimi siyasətlər yürüdən Azərbaycan Respublikası rəsmilərinin bu hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək”.

Geri qayıt