Əsas Səhifə > Ölkə > RAMİL USUBOV ƏMR VERDİ

RAMİL USUBOV ƏMR VERDİ


5-12-2011, 13:44
RAMİL USUBOV ƏMR VERDİ

RƏHİM NOVRUZOVU İŞDƏN ÇIXARDILAR

Azərbaycanda daha bir rayonun polis rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Cəlilabad rayon Polis Şöbəsinin (RPŞ) rəisi Rəhim Novruzovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. R. Novruzovun sərəncamda olduğu bildirilir. Onun yerinə isə hələlik təyinat yoxdur. Cəlilabad RPŞ-nin rəisi vəzifəsini müvəqqəti olaraq şöbənin rəis müavini Yaqub Məmmədov icra edir.

Qeyd edək ki, bir müddət əvvəl R. Usubovun əmri ilə Zaqatala RPŞ-nın rəisi Faiq Şabanov da tutduğu vəzifədən azad edilərək Bakının Xəzər rayon Polis İdarəsinə rəis təyin edilib. Zaqatala RPŞ-nə hələlik təyinat yoxdur.


Geri qayıt