Əsas Səhifə > Ölkə > MAAŞLAR ARTIRILIR
MAAŞLAR ARTIRILIR5-12-2011, 13:06 |
HÖKUMƏT MÜƏLLİM VƏ HƏKİMLƏRİ QABAĞA SALDI Gələn il müəllimlərin və həkimlərin əməkhaqqı artırılacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Rəcəbli deyib ki, Azərbaycanda minmum əməkhaqqı 10 faiz artırılıb. "Bir neçə il əvvəl Azərbaycanda mimimum əmək haqqı 25 manat idisə, hazırda 125 dollar təşkil edir və bunu inflyasiya tempinə uyğunlaşdırsaq, Azərbaycanda dinamik inkişafin getdiyini görərik", - millət vəkili əlavə edib. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması 600 min nəfəri əhatə edəcək və bu, 500 milyon manata yaxın əlavə maliyyə vəsaiti deməkdir. "Ölkə Prezidentinin maliyyə qurumlarına verdiyi göstəriş ilin sonuna və ya gələn ilin əvvəlinə qədər böyük bir qrup insanın əməkhaqqının artırılmasına yönəlib", - Rəcəbli əlavə edib. Geri qayıt |