Əsas Səhifə > Dünya > QARDAŞ ÖLKƏ YENƏ DƏ SİLKƏLƏNDİ

QARDAŞ ÖLKƏ YENƏ DƏ SİLKƏLƏNDİ


5-12-2011, 12:44
QARDAŞ ÖLKƏ YENƏ DƏ SİLKƏLƏNDİ

İZMİRDƏ DAHA BİR ZƏLZƏLƏ BAŞ VERİB

Türkiyənin İzmir şəhərində 5.1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə CNN Türk telekanalı məlumat verib. Baş verən zəlzələ nəticəsində ölən və xəsarət alanlar haqqında məlumat yoxdur. Zələlənin mərkəzi Egey dənizində olub.

Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Onun qurbanlarının sayı 600 nəfərdən çox olub.

Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Erdemit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.


Geri qayıt