Əsas Səhifə > Hadisə > HƏRBÇİLƏRİMİZ YOL QƏZASINA DÜŞÜBLƏR

HƏRBÇİLƏRİMİZ YOL QƏZASINA DÜŞÜBLƏR


17-04-2013, 10:26
HƏRBÇİLƏRİMİZ YOL QƏZASINA DÜŞÜBLƏR
ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb.

Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən hadisə rayon ərazisində baş verib.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində ölüb.

Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt