Əsas Səhifə > Dünya > HAYLARDA HAKİMİYYƏT YENİLƏNİR

HAYLARDA HAKİMİYYƏT YENİLƏNİR


5-12-2011, 12:42
HAYLARDA HAKİMİYYƏT YENİLƏNİR

ERMƏNİSTAN PARLAMENTİ BU GÜN SPİKER SEÇƏCƏK

Bu gün Ermənistan parlamentində növbəti "dördgünlüy"ə start verilir.

Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, 4 gün davam edəcək iclaslarda spiker və vitse-spiker postlarına yeni şəxslərin seçimi də gündəlikdədir. Bunun üçün səsvermə sabah keçiriləcək.

Xatırladaq ki, hakim Respublika Partiyası spiker postuna hazırki vitse-spiker Samvel Nikoyanın namizədliyini irəli sürmək qərarına gəlib. O, hazırda spikerin səlahiyyətlərini icra edir.
Vitse-spiker postuna hazırda Respublika Partiyası fraksiyasının katibi olan Eduard Şarmazanov namizəd olacaq. Onun yerini isə Qaqik Melikyan tutacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Ovik Abramyan noyabrın 14-də postundan istefa verib. Rəsmi versiyada onun hakim partiyanın seçki qərargahına rəhbərlik etmək üçün bu vəzifədən uzaqlaşdığı bildirisə də, əslində bunun Ermənistan hakimiyyəti daxilində qızışmış çəkişmələrin nəticəsi olduğu bildirilir.


Geri qayıt