Əsas Səhifə > Ölkə > BANK SEKTORUNU ÇÖKDÜRƏN ŞƏBƏKƏ

BANK SEKTORUNU ÇÖKDÜRƏN ŞƏBƏKƏ


5-12-2011, 12:39
BANK SEKTORUNU ÇÖKDÜRƏN ŞƏBƏKƏ

HÜQUQ-MÜHAFİZƏ ORQANLARI ÜÇÜN “YEMƏLİ MÖVZU”

Bank sektorunda istehlak kreditləri ilə bağlı ciddi problemlər yaranıb. Bu, heç də insanların imkansızlıq ucbatından aldığı krediti geri qaytarmaması ilə bağlı deyil. Sadəcə olaraq, saxta sənədlərlə istehlak krediti müştərilərinə çevrilən mütəşəkkil dəstələr sözün həqiqi mənasında indi bankların başağrısına çevriliblər.

Məlumatlara görə, bununla bağlı ayrı-ayrı bankların milyonlarla alacaqları var. Ancaq qeyd etdiyimiz mütəşəkkil dəstənin üzvləri o qədər “professional” işləyirlər ki, həmin vəsaiti geri almaq banklar üçün o qədər də asan olmur.

Modern.az saytı məsələ ilə bağlı bir neçə bankla əlaqə saxlayıb.

Məlum olub ki, doğrudan da bu gün banklar korporativ müştərilərə və fiziki şəxslərə müxtəlif çeşiddə bank xidmətləri təklif edir. Təklif olunan xidmətlər sırasında fiziki şəxslər üçün istehlak kreditlərinin verilməsi də əsas yerlərdən birini tutur.

Əksər banklardan bildiriblər ki, fəaliyyət göstərdikləri müddət ərzində məişət avadanlıqlarının alınması məqsədilə verilən kreditlərin ödənişlərilə bağlı müəyyən problemlərlə üzləşiblər. Bu cür problemlər əsasən müəyyən bir mütəşəkkil dəstə üzvləri ilə yaranıb. Belə ki, dəstə üzvləri əvvəlcədən planlaşdırılmış şəkildə mağazalardan mebel, məişət ve elektrotexnika avadanlıqlarını kreditə alıb, sonra isə ucuz qiymətə satmaqla məşğul olurlar. Nəticədə kreditə götürülən avadanlıqların pulunu ödəmirlər.

Bankların əməkdaşları bununla bağlı araşdırmalar aparıblar. Məlum olub ki, kredit götürən zaman onlar özləri saxta sənəd hazırlayaraq banklara saxta arayışlar təqdim edirlər.

Araşdırma zamanı o da məlum olub ki, eyni adamlar bir neçə banka problem yaradıb.

Modern.az-a məlum olub, bu cür dəstələrdən birini bu yola istiqamətləndirən Əhmədova Gülxanım Pəhləvan qızı adlı vətəndaşdır.
G.Əhmədova əvvəllər məsuliyyətə cəlb olunaraq məhkum edilib.

Digər bir dəstəyə isə Məmmədova Esmira Əvəz qızı adlı şəxs başçılıq edir. Onların hər birinin dəstəsinə 10 -15 nəfər daxildir ki, həmin adamlar da bir-biriləri ilə sıx əlaqədədirlər. Məlumata görə, Məmmədova Esmira Əvəz qızı ilə birbaşa əlaqəli olan İbrahimov Oqtay adlı şəxs etdiyi bu cür dələduzluqlara görə hazırda məsuliyyətə cəlb olunub və azadlıqdan məhrum edilib.
Əhmədova Gülxanım Pəhləvan qızı ilə söhbət əsnasında özü bildirib ki, banklardan kredit götürdükləri adamlardan problemi olanlara saxta sənəd düzəldərək ölkədən qaçmasına kömək edir:
“Həmin dəstənin üzvlərindən olan Salayeva Təranənin də burada ciddi problemləri və banklara borcu olduğuna görə eyni qaydada ona da ölkədən qaçmasına kömək etmişəm”-deyə o, bildirib

Məsələ ondadır ki, kredit gecikdirildiyi halda Mərkəzi Bankın Mərkəzi Kredit Reyestrində adlar gecikməyə düşür. Bu dəstənin də üzvləri hər biri öz adına kredit götürüb ödəmədikdən sonra növbəti dəfə öz adlarına kredit götürə bilmədikləri üçün digər şəxslərin, xüsusən də gənc qızların adına məişət avadanlıqları almaq üçün kredit götürürlər. Pul ödənmədikdə isə həmin şəxsləri qanuna və əxlaqa zidd addımlar atmağa vadar edirlər.

Banklardan Modern.az-a deyiblər ki, kredit götürənlərdən ödəniş tələb etdikdə, bu şəxslərdən bəzisi təklif edib ki, “mənə vaxt verin, gedim başqa mağazalardan mal götürüb gətirim və pul əvəzi sizə verim”. Bunu söyləməklə pulu ödəməkdən yayınıblar.

Əhmədova Gülxanım Pəhləvan qızının əlbir işlədiyi şəxslərin adını təqdim edirik.

1. Quliyeva Səbinə Noxbala qızı
2. Quliyev Teymur Ayaz oğlu
3. Quliyeva Lalə Adil qızı
4. Nəzərov Fəxrəddin Sabir oğlu
5. Bağırova Tərlan Məmməd qızı
6. İsgəndərova Nərgiz Surxay qızı
7. Abdullayeva Sevda Malik qızı
8. Qasımov Zakir Bəydəmir oğlu
9. Şahbazov Zakir Qoçəli oğlu
10. Quliyeva Gülbəniz Məmməd qızı
11. Zeynalova Yeganə Qaçay qızı
12. Əhmədov Samir Alim oğlu
13. Mansurov Seymur Tofiq oğlu
14. Adiyev Daxil Zeyni oğlu
15. Nəcəfova Roza Teymur qızı
16. Həsənov Əsəd Şəmsəddin oğlu

Maraqlıdır ki, kredit borcu olanlar kreditin mülki məsələ olduğunu əsas gətirərək bildirirlər ki, onlara heç cür təsir göstərmək mümkün deyil, yalnız işi məhkəmə həll edə bilər. Məhkəmənin kreiditə görə kimsəni həbs etmədiyini də dilə gətirirlər.

Ən maraqlısı da odur ki, belə şəxslər bütün bankları aldadırlar. Çünki hansısa bankda krediti qaytarmayan şəxsin adı Mərkəzi Bankın Mərkəzi Kredit Reyestrinə salınmalıdır. Bunda sonra isə heç bir bank həmin şəxsə kredit verməz. Ancaq bu işlə məşğul olanlar krediti aldıqları banklara ayrılıqda deyirlər ki, məlumatı gizli saxlasınlar, onlar başqa bankdan kredit götürüb borclarını ödəyəcəklər. Beləcə, bankların əksəriyyətini aldada-aldada hamısından kredit ala bilirlər.

Bu məsələyə polis də müdaxilə edə bilmir. Səbəbi isə sadədir, belə şəxslər polisi hədələyir, mülki işə onun qarışmaq imkanı olmadığını deyirlər.

Bu şəxslərin hər birinin ən azı 1 və ya 2 məkkəmə işi var.

Amma onların hazırlıqları hətta o “səviyyədədir” ki, faktiki olaraq yaşadıqları həyat yoldaşları ilə rəsmi boşanıblar. Baxmayaraq ki, bir evdə yaşayırlar. Bununla da heç bir mülkə sahib olmadıqlarını rəsmiləşdirirlər. Bu isə o deməkdir ki, onlara qarşı qaldırılan hər hansı məhkəmə iddiasının təmin olunması şübhə altına düşür. Çünki dəfələrələ aparılan araşdırmalar belə şəxslərin aldıqları krediti qaytarmaq iqtidarında olmadıqlarını göstərib.

Beləliklə, açıqlanmasa da, bu gün Azərbaycan banklarının istehlak kreditlərindən milyonlarla alacaqları yaranıb. Bir sözlə, banklar mütəşəkkli dəstələrlə bacara bilmirlər.

Hətta banklar bir çox hallarda 500 manat və ondan aşağı həcmdə olan istehlak kreditlərinin arxasınca getmirlər. Səbəb isə o göstərilir ki, hər hansı məhkəmə prosesində bank bundan artıq pul xərcləməli olur.

Məsələnin bu şəkildə davam etməsi isə istehlak kreditlərinə gerçək ehtiyacları olanlara da problem yaradır.


Geri qayıt