Əsas Səhifə > Ölkə > ÇÖRƏYİMİZ HALALDIR
ÇÖRƏYİMİZ HALALDIR5-12-2011, 12:36 |
DÖVLƏT KOMİTƏSİ “ÖLÜ DƏRMANI” QATILMASINI YALANLADI Azərbaycanda çörəyə "ölü dərmanı" - unifol maddəsinin qatıldığı barədə məlumat rəsmi təsdiqini tapmayıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend-ə bildirilib ki, məsələnin ictimaiyyət arasında geniş əks-səda doğurduğu nəzərə alınaraq, araşdırma aparılıb və müəyyən olunub ki, bəzi KİV-də səslənən bu informasiyanın heç bir hüquqi əsası yoxdur, istehlakçıların çaşdırılması məqsədi daşıyır. Azad İstehlakçılar Birliyinə ünvanlanmış sorğuya cavab olaraq bildirilib ki, çörək məhsullarına "ölü dərmanı" - unifol kimyəvi maddəsinin vurulduğu barədə məlumatlar AİB-ə gələn bir neçə istehlakçı zənglərinə əsaslanır. Son günlər bəzi kütləvi informasiya vasitələrində ölkənin çörəkbişirmə sexlərində məhsul istehsalı zamanı "meyit dərmanı" kimi təqdim olunan kimyəvi maddənin vurulduğu iddia olunur. Komitə bildirir ki, "unifol" adlı kimyəvi maddə, ümumiyyətlə, mövcud deyil. "Unifol izolyasiya materialı olub tikintidə istifadə edilir. Bundan başqa, istehlakçıların nəzərinə çatdırırıq ki, ölkəmizdə gündəlik təlabat məhsulu kimi ön sırada dayanan çörək istehsalı Komitənin müvafiq qurumlarının nəzarətindədir. Ərazi Dövlət Nəzarəti idarələri tərəfindən qanunvericiliyə uyğun olaraq normativ sənədlərin tələblərinə uyğun gəlməyən, keyfiyyətsiz və təhlükəli məhsul istehsal edən təsərrüfat subyektləri aşkarlanır və həmin sahibkarlar inzibati məsuliyyətə cəlb edilərək müəssisələrdə məhsul istehsalı dayandırılır", - məlumatda deyilir Geri qayıt |